Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » İyul » 1 » GVB Polis gününü qeyd edib
11:25
GVB Polis gününü qeyd edib

 Gənc Vətənpərvərlər Birliyi (GVB) DİN -in İdman Cəmiyyəti ilə birgə polis gününün yaranmasının 97-ci il dönümünə həsr olunmuş “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır” mövzusunda tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbiri DİN-nin İdman Cəmiyyətinin sədri, olimpiya çempionu, polis polkovniki Zemfira Meftahəddinova açaraq Azərbaycan polisinin yaranma günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra Ulu Öndərin daxili işlər orqanlarının inkişafındakı rolundan danışıb. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin polis orqanlarının formalaşmasında xüsusi rolu olub.
GVB-nin sədri Muğan Əliyev çıxış edərək bildirib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində təsis edilmiş ilk milli polis orqanları böyük vətənpərvərliklə xalqın asayişinin, gənc demokratik respublikada dövlətçiliyin keşiyində durub: “Məhz tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın Ümummilli lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan edib. Bu gün Azərbaycan polisi müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin tam təminatçısıdır”. QHT sədri onu da bildirib ki, Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gələndən sonra bütün sahələrdə olduğu kimi polis orqanlarının müasir səviyyədə inkişafı dövrü başlayıb: “Artıq 22 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin polis sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü təhlükəsizlik potensialı olan bir polis formalaşıb”.

Sonra çıxış edənlər belə tədbirlərin keçirilməsini vacib sayıblar.

Tədbirin sonunda Bakı şəhər Baş polis idarəsinin rəis müavinləri general-mayor Həsən Şirinov, Elxan Həsənov, DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahəddinova, sədr müavini polkovnik-leytenant Elçin Rustəmov və təqaüddə olan polis polkovniki Şahmar Paşayev GVB-nin Fəxri fərmanı ilə təltif olunublar.

Hamlet

http://qhtxeber.az/news/a-47447.html

Baxışlar: 628 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2015  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024