Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » İyun » 24 » GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb
13:49
GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş “Silahlı qüvvələrin yaradılması Azərbaycan Dövlət Müstəqilliyinin və Suverenliyinin təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbirdə GVB-nin İdarə Heyəti, yerli şöbələri, QHT-lər , gənclər təşkilatlarının nümayəndələri, Azərbaycan idman federasiyaların təmsilçiləri və Qarabağ müharibə veteranları iştirak ediblər.
Tədbiri GVB-nin təşkilatı məsələlər üzrə sədr müavini Z. Kazımov açaraq tədbirdə iştirak edənləri Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümü münasibətilə təbrik edib.
İctimai Birliyin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Dövlətimizin təhlükəsizliyinin və ərazi bütövlüyümüzün tam təminatçısıdır: “Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşıb. Biz hər zaman GVB olaraq cənab Ali Baş Komandan nə vaxt əmr verərsə , ordumuzla birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq”.

Sonra çıxış edən Gənclər və İdman Nazirliyinin təmsilçisi Ə. Əliyev, Qarabağ veteranı S. Əliyev, məşqçi H. Əlili belə tədbirlərin keçirilməsini vacib sayıblar.

http://qhtxeber.az/news/a-47275.html

Baxışlar: 522 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2015  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024