Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » İyun » 29 » QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layi
10:12
QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layi
QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layihəni başa çatdırıb

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində yekun tədbirini keçirib.
Tədbiri açan İctimai Birliyin sədri Müqamət Əliyev GMO ərzaqlarının ölkəmizə gətirilməsi və satışı ilə bağlı mövcud vəziyyət barədə danışıb. O, qeyd edib ki, ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisi sürətlə artıb. “Bütün bunlar isə mütəxəssislərin qeyd etdiyi kimi, insanların sağlamlığını təhdid edir” – M.Əliyev deyib. Onuda qeyd edən M.Əliyev GMO məhsullarının ölkəyə gətirilməsi, becərilməsi və satışı ilə bağlı Respublikamızda mövcud olan qanunvericilik sistemindən də ətraflı məlumat verib.

Tədbirdə çıxış edən könüllü ekspert Q.Ağalarova GMO məhsullarının istehsal səbəbləri və insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. O deyib ki, GMO məhsullarının qəbulu zamanı oradakı maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur: “Burada əsas zərər çəkənlər isə uşaq və gənclərdir, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil. Gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri - orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların orqanizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyəvi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox neqativ təsiri var. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də dərinin müdafiəçisi olan üst qatını zədələyir və beləliklə, dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır”.

Ekspert əlavə edib ki, çox təəssüf ki, ölkəmizdə GMO məhsullarının zərərləri barədə kifayət qədər məlumatlar yoxdur. Xüsusilə, gənclərin bununla bağlı məlumatsız olduqları müşahidə olunmaqdadır: “Ona görə də əksəriyyət xarici görünüşcə gözəl görünən GMO ərzaqlarına üstünlük verir, nəinki ölkəmizin öz istehsalı olan orqanik məhsulları alır. Bütün bu nöqsanların aradan qaldırılması üçün gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”.

Q.Ağalarova dünyada GMO ərzaqlarının istehsalı, satışı və insan orqanizminə zərərləri barədə də ətraflı məlumat verib

GVİB KİV iş şöbəsi
Baxışlar: 357 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2017  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024