Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Noyabr » 16 » QHT Milli Dirçəliş günü ilə bağlı tədbirlər keçirib
13:30
QHT Milli Dirçəliş günü ilə bağlı tədbirlər keçirib
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) "Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində Səbail rayon 7 saylı tam orta məktəbdə 17 noyabr Milli dirçəliş gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” və “Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir” mövzusunda elmi-praktik konfrans keçirib.

qhtxeber.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova bildirib ki, müstəqilliyə qovşandan sonra həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəalliği ilə xüsusi seçiliblər, hər zaman öndə olublar: “Bununla yanaşı, hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət düşür”.

Konfransda layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirib ki, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlanıb: “O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur”.

19 saylı tam orta məktəbdə keçirilən tədbirdə hərbi müəllim, GVB sədrinin hərbi məsələlər üzrə müşaviri, təqaüddə olan polkovnik İ.Əzimov bildirib ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə gənclər arasında milli vətənpərvərlik hislərinin gücləndirilməsinə yönəlib.

AMEA-nın Azərbaycan Tarix Muzeyinin elmi işçisi P. Əzimova qeyd edib ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaqdır.

Tədbirdə Zəngilan rayonundan məcburi köçkün H. Cavadlı və digərləri uşaq, yeniyetmə və gənclər arasında tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər, orta təhsil müəsssisələrində vətənpərvərlik və dövlət rəmzlərinin təbliğinin mütəmadi həyata keçirilməsinin vacibliyindən söhbət açıblar.
Baxışlar: 365 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024