Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 12 » QHT Konustitusiya gününə həsr olunmuş tədbir keçirib
13:03
QHT Konustitusiya gününə həsr olunmuş tədbir keçirib
QHT Konustitusiya gününə həsr olunmuş tədbir keçirib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəıyi ilə " Gənclər narkomaniya və QİÇS əleyhinə”devizi altında kütləvi idman tədbirlərin təşkili” ” adlı layihə çərçivəsində BMM -ə Konstitusiya gününə həsr olunmuş elmi nəzəri praktik konfrans və Yasamal rayon “XAN-CİNAR” karate idman klubunda təlim keçirib.
Tədbirdə GVB-nin İdarə heyətinin üzvləri .regional şöbələrin nümayəndələri ,İdman fedrasiyaların,QHT-nın , KİV –nin və GVB-nin fəxri üzvləri ,üzv olan təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə acan birliyin mətubat və informasiya şöbəsinin kordinatoru A.Talıbova layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verdi. GVB-n sədri M. Əliyevə 12 noyabr Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütovlüyü, torpaqlarımızın qorunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildidikdən sonra , Azərbaycan xalqını və tədbir iştirakcılarını konstitusiya günü münasibəti ilə təbrik etdi.O bildirdi Dünyada Konstitusiya ilk dəfə 1215 -ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan azadlıqlarının Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır. Azərbaycanda isə Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir.Konstitusiya – hökumət qanunlarının kulliyatı deməkdir, hansı ki, hökümətin fəaliyyətini nizama salır, insanların çəmiyyətdə və biri-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu – Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətin özünün qurmasını elan edən bir sənəddir. Azərbaycan Beynaxalq Arbitiraj məhkəməsinin sədr müavini A.Əsədov qeyd edərək bildirdi ki, Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009 -cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib
Azərbaycan Ciu-Citsu karate federasiyasının prezidenti M. Seyidov , GVB-n fəxri üzvü Z.Kazımov, “XAN-CİNAR”karate idman klubunun prezidenti A. Quliyev və QHT nümayəndələri bildiriblər ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir. Konstitusiyamız ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərin əks etdirir. Tədbir XAN-CİNAR” karate idman klubunda davam etdirildi . Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylanılıb .

GVB-n mətubat və informasiya şöbəsi

Bakı şəhəri 12 noyabr 2015-ci il
Baxışlar: 433 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024