Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Dekabr » 27 » QHT ilin yekunları ilə bağlı iclas keçirib
16:04
QHT ilin yekunları ilə bağlı iclas keçirib
QHT ilin yekunları ilə bağlı iclas keçirib
+ - Çap Yerləşdirilib: 27.12.16 | Baxılıb: 1

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin (GVB) İdarə Heyəti 2016-cü ilin yekunları ilə bağlı iclas keçirib.

qhtxeber.az-ın məlumatına görə, iclasda İdarə Heyətinin üzvləri, birliyin komissiya sədrlərinin müşavirləri, regional şöbələrin əməkdaşları, fəxri üzvlər və üzv olan təşkilatların nümayəndələri iştirak edib.

İclası acan GVB-nin sədri Müqamət Əliyev ilk növbədə Azərbaycan xalqını və təşkilat üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Çıxışına davam edən Birlik sədri 2016-cü ilin təşkilat üçün çox məhsuldar il olduğunu qeyd edib, Birlik tərəfindən uğurlu layihələrə imza atıldığını vurğulayıb və görülən işlər barədə məlumat verib.

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri R. Hacıyeva il ərzində görülən işlər barəsində geniş məlumat verərək qeyd edib ki, 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondu tərəfindən maliyyələşən layihələr Bakı şəhəri və ətraf rayonlarda uğurla həyata keçirilib və bu layihələrdən çoxsaylı gənc faydalanıb: "Bundan əlavə, fərdi qaydada üzv olmaq üçün Bakı, Lənkəran, Gəncə və Şəmkirdən çoxsaylı gənc ərizə ilə təşkilata müraciət edib”.

İclasın sonunda İdarə Heyəti bir sıra qərarlar qəbul edib.
Baxışlar: 48 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2016  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2017