Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Fevral » 13 » QHT I rübün yekunu ilə bağlı iclas keçirib
11:26
QHT I rübün yekunu ilə bağlı iclas keçirib
QHT I rübün yekunu ilə bağlı iclas keçirib
+ - Çap Yerləşdirilib: 13.02.17 | Baxılıb: 13

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə heyətinin I rübün yekunları ilə bağlı iclası keçirilib.

qhtxeber.az-a daxil olan məlumata görə, iclası giriş sözü ilə açan birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
MNTK sədri R. Hacıyeva I rübdə görülən işlər barəsində hesabat verib.

Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVB sədrinin təklifi ilə Şəmkir rayon yerli şöbəsində katib vəzifəsinə Elnarə Həsənova, təlimatçı vəzifəsinə isə Nuriyyə Musayeva təyin olunub.

GVB sədri M.Əliyev Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları ilə bağlı məlumat verib. Bildirib ki, ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır: “Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək. Dövlət başçısı İlham Əliyev Oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirib: “Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaq”.
Qeyd edilib ki, IV İslam Oyunlarında GVB-nin yerli şöbələri və üzvləri fəal olmalı, yerlərdə gənclər arasında maarifləndirmə işləri gücləndirilməlidir.

İclasda cari məsələlər də müzakirə olunub və II rübdə görüləcək işlər, Ümummilli lider Heydər Əliyevin 94 illk yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiq olunub və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb.
Baxışlar: 393 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024