Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Mart » 4 » QHT “İdman və Bədən tərbiyəsi günü”nü qeyd edib
16:31
QHT “İdman və Bədən tərbiyəsi günü”nü qeyd edib
QHT “İdman və Bədən tərbiyəsi günü”nü qeyd edib
Gənc Vətənpərvərlər Birliyi (GVB) 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə “Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır” mövzusunda tədbir keçirib.
GVB –n informasiya şöbəsinin müdir müavini S.Qasımova acaraq bir dəqiqə skutla Ulu öndər H Əliyevin və ümümi şəhidlərimizin ruhu yad edildi.
Tədbirdə çıxış edən GVB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev bədən tərbiyəsi və idman günü münasibəti ilə tədbir iştirakçılarını və idman sevənləri təbrik edib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli 654 saylı sərəncamı ilə hər il ölkəmizdə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur. M. Əliyev qarşıdan gələn Bakı – 2015 Avropa Oyunları haqqında da danışıb və əlavə edib ki, bu idman yarışı Azərbaycanın dünyada tanıdılmasında daha da mühüm hadisədir.
Birliyin Gəncə şəhər şöbəsinin müdiri E. Axundov bildirib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: “Azərbaycanda idmanın inkişafı, kütləvi bədən tərbiyəsinin təməlinin qoyulması məhz Ulu öndərin adı ilə bağlıdır”. O, Prezident İlham Əliyevin bu gün idmana göstərdiyi qayğıdan da danışıb.
Təşkilatın fəxri üzvü, veteran idmançı İ. Əliyev qeyd edib ki, gəncləri milli hərbi vətənpərvərlik ruhunda tərbiyə olmasına ehtiyac var : “Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidir. Bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin Milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir”.
Tədbirdə çıxış edənlər “5 mart Bədən tərbiyəsi və idman günü” münasibəti ilə idmansevərləri, idman ictimaiyyətini təbrik edib, idmançılara yeni qələbələr arzu ediblər.
Sonra tədbirdə iştirak edən idman xadimlərinə mükafatlar verilib.
Tədbir “Vətəni hər an qorumağa hazır ol” devizi altında DİN-in İdman Cəmiyyətində Azərbaycan Ciu-Citsu karate üzrə daxili idman yarışının keçirilməsi ilə başa çatıb.
Qeyd edək ki, “Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır” adlı tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyin təşkilatçılığı ilə həyata keçirilib.
GVB –n mətubat və informasiya şöbəsi
Baxışlar: 402 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2016  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024