QHT GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİB - 19 October 2015 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 19 » QHT GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİB
10:15
QHT GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİB
QHT GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİB

Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və Gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə əsasında 18 oktyabr Dövlət müstəqiliyi gününə həsr olunmuş Sumqayıt şəhəri “TEYD”İdman Sağlamlıq Mərkəzində “H.Əliyev və Azərbaycan müstəqiliyi”,və “Dövlət idman siyasəti gənc nəsilin sağlamlığının təminatcısıdır” mövzusunda elmi nəzəri praktik konfrans və karate üzrə tehniki semnar və təlim keçirmişdir
Tədbirdə Çıxış edən Layihə köməkçisi N. Quliyev tədbir iştirakçılarını və gələn qonaqları Dövlət müstəqilliyi günü münasibəti ilə təbrik etdi
GVB-n təşkilatı məsələlər üzrə sədr müavini Z. Kazımov qeyd edərək bildirdi ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir, ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz H. Əliyevin sözləri ilə desək,” Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir” Çünki müstəqiliyin əldə olunması nə qədər çətindirsə onu qoruyub saxlamaq dönməz və əbədi etmək bundan da çətindir deyən Z. Kazımov onu da qeyd etdi ki, dünyanın görkəmli siyasətçiləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqilliyimizin sükanı arxasında inamla qətiyyətli dayanıb. . Çıxış edən fəxri bədən tərbiyəsi və idman işçisi Muqamət Əliyev layihənin məqsəd və vəzifələrinən və Bakı Avropa Oyunlarında iştirak edən karate və digər idman növləri üzrə qalib olanların vətənpərvərliyindən söhbət acdı.Daha sonra qeyd edildi ki, keçirilən bu tehniki seminarın mahiyyəti gənclərimizi idman vastəsi ilə vətənpərvərlik ruhunun yüksədilməsi xarakteri daşıyır. Çünki gənclərimiz hər an vətəni qorumaq üçün fiziki cəhətdən güclü olmalıdır.
Tədbirdə , Gənclər Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi V.Niftaliyeva, AMKF prezidenti Y. Bəşirov, AMKF-n Sumqayıt şəhəri üzrə sədri A.Mirzəyev, Sumqayıt şəhər Dotluq əlbəyaxa döyüş növləri üzrə İB nümayəndəsi O.Babayev,Azərbaycan Ciu-Citsu karate federasiyanın prezidenti, birliyin idarə heyətin üzvü M. Seyidov, GİN –n RYİU məktəbin Səhiyyə şöbəsinin müdiri Ə. Abbasquliyev, DİN-n İdman Cəmiyyətinin nümayəndəsi E. Xudaverdiyev, “Oyama” karate klubun idmançıları, Birliyə üzv olan təşkilatların idmançıları, Yunan-Roma güləşi üzrə məşqçi E. Hüseynov, boks üzrə məşqçi E.Tağıyev, Birliyin şöbə müdirləri və dayaq mərkəzlərinin sədrləri və idman ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, məşqçilər iştirak edirdilər.
Yarışın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi V.Niftaliyeva , qarabağ müharibə veteranı E.Əhmədov, Azərbaycan Pankration Grappinq Federasiyası MMA-n Sumqayıt şəhəri üzrə sədri R.Məmmədov,məşqiçisi A.Hümbətov və digərləri gənc nəslin sağlam, vətənpərvər ruhunda yetişdirilməsində və fəal təşkilatçılıqlarına görə AMKF –n və GVB tərəfindən fəxri fərmanlarla təltif olunublar. Sonra yarış iştirakçılarına və yarış qaliblərinə mükafat, vətənpərvərliklə bağlı gənclərə maarifləndirici bukletlər Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb . Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan yeniyetmə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə vətənpərvərliyin təbliğidir Tədbir 18 oktyabr tarixinə kimi Bakı,Gəncə şəhərlərində Gənclər və İdman İdarələri ilə birgə.idman tədbirləri ilə davam etdiriləcəkdir.

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 63 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016