Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Mart » 16 » QHT FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ LAYİHƏ BAŞA CATDI
11:17
QHT FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ LAYİHƏ BAŞA CATDI
QHT FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ LAYİHƏ BAŞA CATDI

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə
“Azərbaycan gəncliyində vətənpərvərlik“adlı layihə başa çatması ilə əlaqədar konfrans keçirib.
Konfransı giriş sözü ilə acan layihə köməlçisi N. Quliyev layihə barəsində görülən işlər barəsində geniş ətraflı məlumat verib.
O, qeyd edib ki, layihə 20 dekabr 2022-ci il tarixindən icraya başlamış layihə 17 mart 2023-cü il tarixində başa çatmışdır.
Layihə çərçivəsində bir çox konfrans, dəyirmi masalar və idman tədbirləri keçirməklə yanaşı vətənpərvərlik mövzusunda Milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı könüllülər tərəfindən respondentlər arasında sosioloji sorğuların keçirilməsini qeyd etdi.
layihənin rəhbəri M. Əliyev qeyd edərək bildirdi layihə çərçivəsində çox uğurlar əldə edilmiş tədbirlər nəticəsində çox saylı gənclər faydalanmış , yeniyetmə və gənclər vətənpərvərlik və sağlam həyat tərzi barədə geniş məlumat verilmiş ,onların istək arzuları və fikirləri öyrənilmişdir.
Layihənin qarşısına qoyulmuş məqsəd çərçivəsində keçirilən tədbirlər nəticəsində gənclər arasında qiymətləndirmə sorğu aparılaraq onların fiziki hazırlığı təlim və masaların təsirlərini öyrənilmiş, müəyənləşdirilmişdir ki, gənclər sağlam həyat ruhunda vətənpərvərlik ruhunda tərbiyə olunan istiqamətində böyük nailiyyətlər digər gənclərədə ötürülməyə səy göstərəcəklər .
M.Əliyev onu da qeyd etdi ki, bu layihədə faydalananlar 18 yaşa qədər 300 nəfər,18-30 yaşına qədər 600 nəfər, dolayısı yolla bəhrənələr 400 nəfərdən çox olmuşdur.
Bu layihə təşkilatın işinə çox böyük müsbət təsir göstərmişdir.
Belə ki, təşkilatın üzvlərinin sayı genişlənmiş və layihənin idarə olunması sahəsindəki təcrübəsi artmış ,
dövlət və qeyri-dövlət orqanları ilə əməkaşlığı gücləndirmiş və yerli mətubatda tanılmışdır
Konfrans diskusiya şəraitində başa catdı və KİV tərəfindən verilən suallar cavablandırıldı.
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətlərinə və fəal iştiraklarına görə Elitar Gimnaziyanın direktoru Səadət xanım Cahandarova
193 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kəmalə Babayeva, Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin direktoru Faiq Şaxbazlı , Fatimə Əzizbəyova ,Aynur Rzaquliyeva , Layihə üzrə təşkilat komitəsinin üzvlərinə , G. Iskəndərova , Ş.Hüseyinov,Abdulla Abdulazadə və digərləri fəxri diplomlara və təşəkkürnamə ilə layiq görürdülər

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 63 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024