QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib - 14 June 2016 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyun » 14 » QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib
10:56
QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib
QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ““Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” adlı layihə çərçivəsində Beynəlxalq Mətubat Mərkəzində Qurtuluş gününə həsr olunmuş “Gənclər sağlam həyat tərzi seçir”Nakotikə yox” və “Tariximizin Qurtuluş Mübarizəsinin qalibi, Azərbaycan Dövlətçiliyinin xilaskarıdır” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan GVB-nin sədri layihə üzrə təşkilat komitəsinin üzvü A.Talıbova Milli Qurtuluş günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra o,layihənin məqsəd və vəzifələrindən və bu layihədə faydalananlardan söhbət açdı. GVB –n sədri M .Əliyev çıxış edərək "Azərbaycan tarixinin 1990-93-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalıb. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat cütlüyü məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, xalqın yeganə xilaskarı Heydər Əliyev zəkası idi” fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Azadlıq və müstəqillik yolunda minlərlə şəhid verildiyini xatırladan M. Əliyev qüdrətli dövlət olmayan yerdə azadlıq və müstəqilliyin də ola bilməyəcəyini qeyd edib: "Ulu öndərimiz Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha olduqca ağır bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir”. Natiq daha sonra hər bir gəncin dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin həyat və yaradıcılığını, idarəçilik formalarını, idelogiyasını bilmələrinin vacibliyindən danışıb və bu sahədə təbliğatın gücləndirilməsini tövsiyə edib. Könüllü ekspert hüquqşünas A.Əsədov çıxışında müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayaraq qeyd edib ki, onu qoruyub yaşatmaq hər bir azərbaycanlının borcudur.
Çıxış edən GİN –n məsul işçisi M. Nəsibov, DİN-n İC nümayəndəsi E. Xudaverdiyev, AMEA elmi işçisi P. Əzimova, AMKF-n katibi C. Seyidov və digərləri ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışıb. Bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.
GVB-n KİV üzrə şöbə
Baxışlar: 52 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2016  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016