Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » İyul » 6 » QHT Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə uğurla yekunlaşıb
10:02
QHT Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə uğurla yekunlaşıb
QHT Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə uğurla yekunlaşıb

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihəsini Bakı şəhəri Azərbaycan Turizm Menecmen Universitetində, Bakı şəhəri ,Nəsimi rayon İlyas Əfəndiyev adına Elitar Gimnaziyası,7-2-19-111 saylı tam orta məktəblərində uğurla həyata keçirib. Tədbirdə Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə acan layihə rəhbəri M. Əliyev bildirib ki, layihənin icrası müddətində əhali arasında Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm (GMO) məhsulları barədə daha ətraflı məlumatlara və bilgilərə malik olmuş, vətənpərvərlik tərbiyəsi geniş tədbiq edilmiş, gənclərin sağlam vətənpərvər ruhda böyüməsi və zərərli vərdişlərdən uzaq olması üçün ictimaiyyətin bütün təbəqələrinnin səyi birləşdirilmişdir. Layihə çərçivəsində yaşayış sahələrində və ümumtəhsil müəssisələrində, idman cəmiyyətlərində müxtəlif konfrans və idman tədbirləri vastəsi ilə cəmiyyətin müəyyən qismi GDO-nun insan orqanizmi üçün zərərli nəticələri barədə maarifləndirilmiş və GDO təhlükəsinin zərərlərinin minimuma endirilməsinə yönəlik tədbirlərin görülməsinə stimul yaradmış və GMO ilə mübarizəyə qarşı tədbirləri gücləndirilmişdir. Nəticədə maariflənən insanlar bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Konfrans diskussiya şəraitində başa çatıb və KİV tərəfindən verilən suallar cavablandırılıb və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında bukletlər paylanıb.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 280 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2018  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024