Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Noyabr » 10 » QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
08:47
QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi “adlı layihə çərçivəsində Səbayil rayon Həbibbəy Mahmudbəyov adına 2 №-li texniki-humanitar elmlər liseyi ilə birgə Dövlət bayrağı gününə həsr olunmuş ” Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi ” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbirdə ,Gənc Vətənpərvərlər Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, AMKF təmsilçisi V. Kərimov , məktəbin müəllim heyyəti, idman ustaları, Milli Karate Federasiyasının nümayəndəsi C.Seydov və digər qonaqlar iştirak ediblər.
Dövlət himni səsləndikdən sonra çıxış edən liseyin direktoru Bəkir Mustafayev tədbir iştirakçılarını salamladı və bu tədbirin bu liseydə keçirilməsinə görə Birliyə və Gənclər Fonduna məktəbin kolektivi adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir.
Tədbirdə Gənc Vətənpərvərlər Birliyin sədri Muğan Əliyev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində AXC-nin bayrağının qaldırıldığını xatırladan natiq bununla da üçrəngli bayrağımızın yenidən həyata vəsiqə qazandığını deyib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib: “Azərbaycanın dövlət bayrağının təbliğinin daim diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur. Ölkəmizdə dövlət rəmzlərinin təbliği gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün çox əhəmiyyətlidir”. Tədbirdə 19 saylı tam orta məktəbin hərbi rəhbəri,təqaütdə olan polkovnik İ.Əzimov,AMEA elmi işçisi P. Əzimova və H.Cavadlı mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb. Belə ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir: “Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri və nəbzləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq. Daha sonra liseyin dil ədəbiyyat müəliməsi, E.Həziyeva, şagirdlərdən X.Əzizov,Ə.Hüseyinova,Y.Əzizli və digərləri Dövlət bayrağına həsr olunmuş şer oxudu və ədəbii-bədii kompozisiya başa çatdırıldı . Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə məktəbin azərbaycan dili üzrə müəlliməsi T.Fərəcova fəxri diplomla təltif edildi.
Layihə iştirakçıları əsasən yeniyetmə və gənclərdən ibarət olub. Vətənpərvərlik, Azərbaycan dövlət rəmzləri mövzusunda informasiya materialları, bayraq,rəngli buklet ,təsvirli mayka və H.Əliyevin əksi olunmuş döş niçşanı paylandı . Sonda Birliyi bir qrup fəal üzvü və 2 №-li texniki-humanitar elmlər liseyin fəalları, idmançılar bayraq muzeyində olublar
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 18 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2018