Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » İyun » 1 » QHT 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
11:23
QHT 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
QHT 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində Səbayil rayon 7 saylı tam orta məktəbdə 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” və “Orqanizmlərin geni necə dəyişdirilir,GMO məhsullarından necə qorunaq ” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbərinin köməkçisi N. Quliyev tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədindən və keçirilən uğurlu tədbirlər haqqında məlumat verib.

Məktəbin direktoru K.Həsənova çıxış edərək bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. . GVB sədri M.Əliyev demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır. Hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Könüllü təlimçi Q.Ağalarova bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar . Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek paylanmışdır Tədbir zamanı yeniyetmə və gənclərin GMO məhsulların təhlükəsi onun fasadları tərkibi ,onların törətdiyi sağalmaz xəstəliklər, xərcəng vəs xəstəliyi haqqında məlumat səviyyəsi yüksədilmiş, onlara bu xəstəlikdən qorunmaq üsulları izah edilmişdir. Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər
Tədbirdə,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. .
GVB-n KİV üzrə şöbə
Baxışlar: 18 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2017  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2017