Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 31 » QHT 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
10:54
QHT 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” adlı layihə çərçivəsində Daxili Işlər Nazirliyin İdman Cəmiyyətində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaq, yeniyetmə və gənclər narkotiklərə qarşı və mənəvi sağlamlığın artırılması keyfiyyətlərinin aşılanması” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib. Layihə köməkçisi M.Qasımov qeyd edərək bildirdi ki, layihənin məqsədi gənclər arasında narkotik maddələrin zərərliyi, QİÇS-in və riskli davranışın təhlükəsi barədə maarifləndirmə işinin aparılmasıdır.
Layihənin vəzifəsi gənclər arasında sağlam həyat tərzini təbliğ edərək yerli ictimai təşkilatlar və kütləvi informasiya vasitələri tərəfindən narkotiklərin zərərliyinə və QİÇS-lə bağlı maarifçiliyin aparılmasına diqqətin artırılmasına nail olmaqdır
Tədbirdə çıxış edən Layihə rəhbəri M.Əliyev yeniyetmə idmancıları , uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış və qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. . GVB-n Fəxri üzvü Z.Kazımov demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır GVB-n orta və ali məktəblərlə iş şöbəsinin müdiri ,A.Hüseyinova diqqətə çatdırılmışdır ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVB-n fəxri diplomu ilə təltif olunmuşlar. Tədbirdə çıxış edənlər DİN-n İdman Cəmiyyətin fiziki təlim şöbəsinin rəisi p-l İ.Siracov,cüdo üzrə məşqici İ.Mustafayev,Azərbaycan Ciü-Citsu karate federasiyasının prezidenti M.Seyidov, polis təqaütcüsü E.Məmmədov və başqaları QİÇS-İİV və narkomaniyanın fasadlarından və onların insanın sağlam həyat tərzi üçün təhlükəsindən ,orqanizmin zəifləməsinə,arıqlamasına və fiziki gücün düşməsinə,orqanizmin zəhərlənməsi daxili orqanların-qara ciyər və böyrəyin zədələnməsinə gətirib çıxarırmasından danışaraq bildirildi ki, bu yönlü tədbirlərin keçirilməsi vacibdir və təbliğata böyük ehtiyac olduğunu bildirdilər Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materiallar və Ulu Öndər H.Əliyevin əksi olunmuş döş nişanı paylanıb .
Tedbirdə GVB-nin İdarə Heyetinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının meşqçileri, idmançılar iştirak ediblər
GVB-n KİV üzrə şöbə
Baxışlar: 473 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024