Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Fevral » 17 » Qaradağlı faciəsindən 11 il ötür
17:11
Qaradağlı faciəsindən 11 il ötür

Qaradağlı soyqırımı — 1992-ci il fevralın 17-də Xocavənd
rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı
alayı tərəfindən törədilən soyqırım. Erməni silahlı birləşmələri yalnız dörd
gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun
azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir
ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son
nəfəsə qədər döyüşmüşlər. Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Kəndin
hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün
əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi
müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni
cinayətkarları tərəfindən qətlə yetirilib.


Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla
insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar,
girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da
çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər
şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal
nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25
çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə
yaxın sakini məcburi köçkün düşüb.

Baxışlar: 491 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024