Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » İyun » 12 » Q HT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib
11:28
Q HT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib
Q HT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib GəncVətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” “adlı layihə çərçivəsində DIN-n İdman Cəmiyyətində “GDO-lu məhsulların insan sağlamlığına qarşı törədə biləcəyi təhlükələr barədə sistematik olaraq gənclər arasında maarifləndirmə tədbiri keçirilmişdir.
Dövlət himni səsləndikdən sonra çıxış edən DİN-n İdman Cəmiyyətinin sədri polis-polkovniki Zemfira xanım Meftahətdinova tədbir iştirakçılarını salamladı və bu tədbirin bu İdman Cəmiyyətində keçirilməsinə görə Birliyə və QHT Dövlət Dəstəyi Şurasına İdman Cəmiyyətin əməkdaşları adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin keçirilməsi günün ən aktual məsələlərindən biridir.
Layihənin məqsədindən söz açan layihə rəhbəri M.Əliyev qeyd edib ki, layihənin məqsədi Azərbaycan cəmiyyəti Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları barədə daha ətraflı məlumatları və bilgiləri gənclər arasında təbliğ etməkdən ibarətdir.
Layihə üzrə könüllü təlimçi Q. Ağalarova bildiirdi ki, Bir çox ölkələrdə GDO-lu məhsulların istehsalını və idxalını tənzimləyən xususi qanunlar qəbul edilir.
Azərbyacan Respublikası 19 yanvar 2000-ci ildə “Bioloji Müxtəliflik Haqqında” BMT-nin konvensiyasına və “Bioloji müxtəliflik haqqında" Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokoluna qoşulmuşdur
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirdə, DİN-n İdman Cəmiyyətinin müvafiq struktur rəhbərləri, məşqiçilər ,KIV,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri digər hörmətli şəxslər iştirak edirdi.
GVB KİV iş üzrə şöbəsi
Baxışlar: 19 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2017  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2017