Orta məktəbdə milli-mənəvi dəyərlərdən danışılıb - 7 April 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 7 » Orta məktəbdə milli-mənəvi dəyərlərdən danışılıb
20:18
Orta məktəbdə milli-mənəvi dəyərlərdən danışılıb

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyilə “Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbdə “Vətənpərvərliyin və dövlətçiliyin təbliğində ümumtəhsil məktəb müəllimlərinin və gənclərin rolu və milli-mənəvi dəyərlər” mövzusunda elmi- nəzəri, praktik konfrans və təlim keçirib.

Layihə rəhbəri Muğan Əliyev layihənin məqsəd və vəzifələrindən və bu layihədə çoxsaylı tələbə gənclərin faydalandığından danışıb. O, qeyd edib ki, Bakı şəhəri və ətraf rayonlarda respondentlər arasında rəy sorğusu keçirilib: “Ümumtəhsil orta ixtisas məktəblərində dövlətçiliyin və dövlət rəmzlərinin təbliğatı sizi qane edirmi sualına 30 faiz respondent “Təbliğata ehtiyac var” cavabını verib”.

10 saylı tam orta məktəbin direktoru Leyla Məmmədova qeyd edib ki, dövlətimiz Azərbaycan gəncinə etibar edir, taleyüklü məsələlərin həllində onun iştirakını təmin edir. Prezident İlham Əliyev gənclərin potensial gücünə arxalanır.

Tədbirdə digər çıxış edənlər mövzu ilə bağlı ətraflı danışaraq bildiriblər ki, Ümumtəhsil məktəblərində dövlət gənclər siyasəti haqqında və gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan yeniyetmə və gənclərdə milli hərbi təbliğat işləri haqqında söhbətlər aparılmalıdır.

Tədbirdə milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və xidmətlərinə görə məktəbin direktoru Leyla Məmmədova fəxri diplomla təltif edilib.

Hamlet

http://qhtxeber.az/news/a-32279.html

Gənc Vətənpərvərlər Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin və Dövlətçiliyin təbliğində ümumtəhsil məktəblərdə müəllim və gənclərin rolu və milli-mənəvi dəyərlər” mövzusunda elmi-nəzəri praktik konfrans keçirib. 

AZADİNFORM  xəbər verir ki, tədbirdə layihənin rəhbəri Muğan Əliyev layihənin məqsəd və vəzifələrindən söz açıb. Bildirib ki, layihə çox saylı tələbə gənclərin faydalanmasına hesablanıb. 

Tədbirdə çıxış edənlər ümumtəhsil məktəblərində, Dövlət gənclər siyasəti haqqında və Gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan yeniyetmə və gənclərdə milli hərbi vətənpərvərlik ruhunda tərbiyə, milli əxlaqi dəyərlər, Dövlət və Dövlətçilik ,dünyəvilik, ordu quruculuğu, fiziki və psixoloji hazırlıq işlərin aparılmasının vacib olduğunu qeyd ediblər.

Tədbirin keçirildiyi 10 saylı məktəbin direktoru Leyla Məmmədova “Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və xidmətlərinə görə” fəxri diplomu ilə təltif edilib.

Samir Soltanov/AZADİNFORM. 

http://www.azadinform.az/news/a-67127.html

Baxışlar: 254 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016