Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Mart » 18 » Novruz bayramı birlik və qardaşlıq bayramıdır
10:20
Novruz bayramı birlik və qardaşlıq bayramıdır

Gənc Vətənpərvərlər Birliyi “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Novruz bayramı birlik və qardaşlıq bayramıdır” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.

qhtxeber.az-ın məlumatına görə, layihə üzrə təşkilat komitəsinin üzvü M. Qasımov layihənin məqsəd və vəzifələrindən, layihə çərçivəsində keçirilən uğurlu tədbirlərdən söhbət açıb.

GVB-nin sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur.

M. Əliyev Novruz bayramının bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M. Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib.

M. Əliyev xüsusi olaraq qeyd edib ki, layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq idman tədbirlərinin keçirilməsinə üstünlük veriləcək .

AMEA –nın Azərbaycan tarixi muzeyinin elmi işçisi, Birliyin dayaq mərkəzinin sədri P. Əzimova çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi vətənpərvərlik əqidəsinə və humanizm hissinə malikdir: “Gənclər arasında dövlət və dövlətçiliyi, dövlət rəmzlərini, milli - mənəvi dəyərləri, adət və ənənələri daim təbliğ etməyə ehtiyac var”.
Həkim - psixoloq Ə. Abbasquliyev deyib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir.
Tədbirdə digər çıxış edənlər Novruz bayramı ilə bağlı fikirlərini bildirməklə yanaşı, layihənin vacibliyindən, gənclər arasında vətənpərvərlik, psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar.

Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Hamlet

http://qhtxeber.az/news/a-42913.html

Baxışlar: 540 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024