Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Mart » 18 » Novruz bayramı birlik və qardaşlıq bayramıdı
11:05
Novruz bayramı birlik və qardaşlıq bayramıdı

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Novruz bayramı münasibəti ilə “Novruz bayramı birlik və qardaşlıq bayramıdır” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.
qhtxeber.az-ın məlumatına görə, layihə üzrə təşkilat komitəsinin üzvü M. Qasımov layihənin məqsəd və vəzifələrindən və layihə çərçivəsində keçirilən uğurlu tədbirlərdən söhbət açıb.
GVB-nin sədri, fəxri bədən tərbiyyəsi və idman işçisi Müqamət Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur. M. Əliyev Novruz bayramının bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M. Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib.
Təhsil Nazirliyinin RİOEUGİM-nin direktoru O. Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi vətənpərvərlik əqidəsinə və humanizm hissinə malikdir. Gənclər arasında, dövlət və dövlətçiliyimizi, dövlət rəmzlərimizi, milli - mənəvi dəyərlərimizi, adət və ənənələrimizin daim təbliğinə ehtiyac olduğunu bildirib.
Tədbirdə GVB sədrinin müşaviri A. Əsədov, Cü-Citsu karate-do Federasiyasının prezidenti, Birliyin İdarə Heyətinin üzvü Mirəli Seyidov, birliyin orta və ali məktəblərlə iş şöbəsinin müdir müavini A. Vəliyeva, Səhiyyə şöbəsinin müdiri G. İskəndərova, məşqçilər S. Səfərli, Ə. Məmmədli və digərləri çıxış edərək Novruz bayramı ilə bağlı fikirlərini bildiriblər.

Hamlet

http://qhtxeber.az/news/a-31856.html

Baxışlar: 537 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024