Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 1
İstifadəçilər: 1
Aliyev
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 30 » NARKOTOKƏ YOX " GƏNCLƏR SAĞLAM HƏYAT TƏRZİNİ SEÇ,"QİÇS VƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏDƏ FƏAL OL!
11:02
NARKOTOKƏ YOX " GƏNCLƏR SAĞLAM HƏYAT TƏRZİNİ SEÇ,"QİÇS VƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏDƏ FƏAL OL!
Narkomaniya nədir?
Narkomanlıq – narkotik maddələrə aludəçilik sayəsində psixi və fiziki asılılıq yaradan xəstəlikdir.
Narkotik maddələrdən cəmi bir iki dəfə istifadə edən adam onun iradəsiz quluna çevrilir. İnsan gücdən düşür, zəifləyir, üstəlikdə mənliyini, insanlığıni itirir, öz yaxınlarının sevgisindən məhrum olur.
Narkomaniyanın inkişaf etməsi və formalaşması iki əsas əlamətlə xarakterizə olunur:
1) psixi asılılıq,
2) fiziki asılılıq.
Psixi asılılıq – təkrar-təkrar müəyyən hissləri keçirmək və yaxud psixi dizkomfortu aradan qaldırmaq üçün müntəzəm və ya dövrü olaraq narkogen pereparatların qəbulu, xəstədə potoloji meyilliliyin olmasıdır. Bu vəziyyət narkotiklərin mütəmadi istifadə edildiyi bütün hallarda, bəzən isə, hətta narkotiklərdən bir dəfə belə istifadə etdikdə baş verir.
Fiziki asılılıq – narkotik vasitələrin xroniki qəbulu ilə əlaqədar olaraq insan orqanizminin bütün həyat fəliyyəti proseslərinin xüsusi dəyişilmiş vəziyyətidir. Bu hal pereparatın təsiri qurtaran kimi, intensiv fiziki və psixi pozuntularla müşayət olunur. “Kəsmə” və ya abstinent sindiromu adlanan belə pozuntular yalnız narkotik pereparatın yeni qəbulu və yaxud tibbi yardım ilə aradan götürülür. Fiziki asılılıq narkotik maddənin mütəmadi qəbulunu şərtləndirir.
Narkomanlığın forması konkret halda hansı narkotik maddənin istifadə olunmasından asılıdır. Bu maddənin xüsusiyyəti, istifadə olunan doza , istifadə tezliyi və üsulu narkotikin orqanizmə təsir xarakterini müəyyən edir.
Narkotika alverçiləri gəncləri özlərinə hər bir üsulla cəlb edirlər, aldadırlar, müxtəlif vədlər verirlər, hədələyirlər və s. Kələklərə əl atırlar ki, gənclər heç olmazsa bircə dəfə narkotiklərin dadına baxsınlar.
Narkotiklərin “dadına baxanlar” artıq narkotik alver¬çilərinin toruna düşmüş hesab oluna bilər. Narkotik alverçisi ” mələk donu geyinmiş canavardır”!
O, gənclərin həyatını öz qazancı yolunda qurban verir.
Gənclər Unutmayın…
Narkotik maddələri, tütün və alkoqollu içkiləri qəbul etməklə, təsadüfi cinsi əlaqədə olmaqla yalnız səhhətinizə deyil, bütün gələcəyinizə böyük zərər vurmuş olursunuz.
İnsanın mənəviyyatını alçaldan, intelektual səviyyəsini heçə endirən pis vərdişlərdən uzaq olmaq lazımdır! Gəlin birlikdə tütünə, alkoqollu içkilərə, narkotiklərə, təsadüfi cinsi əlaqələrə “YOX” deyək! Onda biz bütün gələcəyimizi bu təhlükələrdən sığortalamış olarıq.

Dostlar Bunları Bilməyiniz Vacibdir:
Müəlimlər və təlim tərbiyə işçiləri şagirdlərin narkotik və digər vasitələrdən istifadə etməsindən şübhələndikdə, mütəxəsis-psixoloq və ya narkoloqu həmin şagirdlərlə anonim söhbətlərə dəvət etməlidir. Əgər şagird anonim müalicə almağa razılıq verərsə, digər şagirdlər onun nə səbəbdən məktəbə gəlmədiyini bilməməlidir.
Əziz gənclər yadda saxlayın ki, hər bir narkotikdən istifadə edən şəxsin tam müalicə ehtimalı çox aşağıdır!
Əgər dostlarınızdan, yaxınlarınızdan kimsə narkotik¬dən istfadəyə meyillidirsə, təsir altına düşübsə və ya artıq narkotik qəbul edirsə ona yardım əlinizi uzadın . Bunun üçün siz onu
səmimi söhbətə dəvət edin,
valideyinlərinə məlumat verin,
ona mənəvi dəstək olun,
həkim narkoloqa müraciət etməkdə ona
yardımçı olun.

Narkotikdən istifadə edənlər arasında aşağıdakı xəstəliklərə yoluxma riski daha artıqdır.
Dəri zörəvi xəstəliklər, QİÇS, hepatitlərə yoluxma, Psixi xəstəliklər,
İrsi xəstəliklərin yayılması, orqanizmin zəhərlənməsi, Daxili orqanların funksiyasının pozulması və s. infeksion xəstəliklər.

HİV və AİDS nədir?
HİV-insan immun çatışmazlığı virusu
HİV-İnsan orqanizminə daxil olarkən qoruyucu (immun) sistemi dağıdır və nəticədə insan infeksiyalara qarşı müqavimətini itirir.
AİDS-(qazanılmış immun çatışmazlığı sindromu) viruslu infeksiyalı xəstəlik, HİV infeksiyasından əmələ gəlir.
HİV-virusu dərhal AİDS xəstəliyinə çevirmir. Bu virusa yoluxmuş insan orta hesabla 10 il özünü sağlam hiss edə bilər və bilmədən bu virusu başqalarına ötürə bilər.
HİV- insan orqanizminin qoruyucu (immun) hüceyrələrinə daxil olur gen (irsi) aparata qoşulur özunə oxşar kopiyalar yeni viruslar yaradır,bu da hüceyrələrin ölumunə səbəb olur.
İnsanın müxtəlif infeksiyalara qarşı müqaviməti zəif olur, yetəri qədər immun hüceyrələrinin məhv olması nəticəsində bu AİDS-in inkişafşna və adətən də ölümə gətirib çıxarır.
Bu günə qədər AİDS-in müalicəsi üçün heç bir effektiv vaksina və üsul icad olunmayıb.
HİV infeksiyası xəstəliklərə qoşulmuş müasir antivirus terapiyası və müalicəsi ancaq AİDS-in inkişafını ləngidir və xəstələnmiş insanın həyatını uzadır.
Dünyada HİV-ə yoluxmanın əksər halları(75%) venadaxili narkotik maddələrdən istifadəsi zamanı, əgər narkotik mayesi HİV -ə yoluxubsa narkotiklərin ümumi qabdan şprisə doldurulma zamanı)
Bundan əlavə, narkotiklərin təmkinlikdən azadedici təsiri, narkotik maddələrı qəbul edən insanları daha riskli seksual davranışa vadar edir.
Tərtib etdi:
Həkim ekspert G.İskəndərova
Baxışlar: 498 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024