"Narkomaniyaya Yox - Sağlam həyata Hə” devizi altında tədbir keçirilmişdir - 2 June 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » İyun » 2 » "Narkomaniyaya Yox - Sağlam həyata Hə” devizi altında tədbir keçirilmişdir
08:12
"Narkomaniyaya Yox - Sağlam həyata Hə” devizi altında tədbir keçirilmişdir

“Narkomaniyaya Yox-Sağlam həyata Hə” devizi altında tədbir keçirilmişdir
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Narkomaniyaya Yox-Sağlam həyata Hə” devizi altında tədbir və idman yarışları çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbdə 28 May-Respublika gününə həsr olunmuş “Narkotiklərlə mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda elmi-nəzəri praktik konfrans keçirib.
Tədbirdə layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər, ziyalılar, idman ictimaiyətinin nümayəndələri, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri layihə üzrə koordinator N.Quliyev açaraq Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bildirmişdir ki, layihənin məqsədi cəmiyyətin diqqətini narkomaniya və pis vərdişlərdən uzaq olmağa çəkmək, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxmanın səbəbləri barədə gəncləri məlumatlandırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir

Məktəbin direktoru L. Məmmədova bildirib ki, xalqımızın müstəqillik arzusunu Ulu Öndər Heydər Əliyev gerçəkləşdirib.

GVB-nin sədri M. Əliyev qeyd etmişdir ki, Narkomaniya təkcə xəstənin özünə deyil, bütün cəmiyyətə böyük zərər vuran sosial xəstəlikdir.

Daha sonra digər qonaqlar çıxış etmişlər.

Konfransın sonunda GVB-nin məktəbdə dayaq mərkəzinin sədri Aidə Vəliyeva təşkilatçılıq fəaliyyətinə görə fəxri diploma layiq görülüb. Sonda Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylanılıb.

Baxışlar: 504 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2014  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2016