Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 5 » Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
11:05
Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı “devizi ilə tədbirlərin təşkili ”adlı layihə çərçivəsində ”adlı layihə çərçivəsində Ramazan bayramı münasibəti ilə Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində “Narkomaniya, QİÇS-İİV əleyhinə və gənclərin hərbi vətənpərvərlik hislərinin aşılanmasında milli-mənəvi dəyərlərinin rolu” mövzusunda konfrans və təlim keçirilib.
Konfransı GVB-n Humanitar və mədəniyyət şöbəsinin müdiri layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev acaraq tədbir iştirakçılarını Ramazan bayramı münasibəti ilə təbrik etdikdən sonra layihə çərçivəsində keçirilən tədbirlərdən, mahiyyətindən və çox saylı gənclərin bu layihədə faydalanmasından söhbət açıb . Layihə rəhbəri M. Əliyev bildirdi ki, Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixiki çatışmamazlıqları ilə dünyaya gəlir ,narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi qoruyaq Çıxış edən Azərbaycan Beynəlxalq Arbitiraj məhkəməsinin sədr müavini A. Əsədov bildirdi ki, Bəşəriyyətin bu dəhşətli bəlasınna AİDS,QİÇS-İİV-a qarşı ayrı-ayrı dövlət strukturları, QHT, KİV, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasınının qarşısını ala bilər. Tədbirdə çıxış edənlər ,“ŞUA”İSK təsisçisi Z. Kazımov, Milli karate federasiyasının Baş katib C.Seyidov ,tenis üzrə məşqici İ. Məmmədov, sərbəst güləş üzrə məşqiçi E. Abdulayev və digərləri çıxış edərək ADİS-QİÇS-İİV və narkomaniyanın fəsadlarından və milli-mənəvi əxlaqı dəyərlərinin gənclər arasında təbliğin üsüllarından ətraflı danışaraq diskusiyalar aparıblar. Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirildi. Tədbirin sonunda Heydər Əliyevin əksi olunmuş döş nişanı, təsvirli köynək və Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylandı. Tədbirdə, GVB-n yerli şöbələri, İdarə Heyəti, üzv olan təşkilat nümayəndələri, ziyalılar, idman ictimaiyyətinin nümayəndələri ,tələbələr ,Qarabağ veteranları, QHT-n və KİV –n nümayəndələri iştirak ediblər. GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 423 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024