Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Avqust » 17 » Müqamət Süleyman oğlu Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib
14:34
Müqamət Süleyman oğlu Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib
Müqamət Süleyman oğlu Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib

Gənc Vətənpərvərlər İctimai Birliyinin növbəti - IV Qurultayı keçirilib.
Qurultayda Birliyin İdarə Heyəti, səlahiyyətli nümayəndələri, fəal üzvləri, müxtəlif QHT nümayəndələri və KİV-lər iştirak edib. Gündəlikdə duran əsas məsələlər Birliyin sədrinin və İdarə Heyətinin tərkibinin seçilməsi və Gənc Vətənpərvərlər İctimai Birliyinin Nizamnaməsinin qəbul edilməsi olub. İlk öncə GVİB sədri Müqamət Əliyevin son 5 ildə görülən işlər haqqında hesabatı dinlənilib. Qeyd olunub ki, GVİB Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması sahələrində böyük işlər görüb. Daha sonra çıxış edən Birliyin yerli şöbələrinin müdirləri də son dövrlərdə GVB-in həyata keçirdiyi uğurlu tədbirlər haqqında məlumat verib. Çıxışlardan sonra səsvermə keçirilib və nəticələrə görə Gənc Vətənpərvərlər İctimai Birliyinin Sədri yenidən Müqamət Süleyman oğlu Əliyev seçilib. Birliyin İdarə Heyətinin tərkibi təsdiq edilib, Birliyin Mərkəzi Təftiş Komissiyasının üzvləri seçilib. Qurultayın sonunda qətnamə qəbul edilib.

Qurultayın sonunda yeni seçilmiş İdarə Heyətinin üzvlərinin yığıncağı keçirilib. İcra olunan layihələr barədə müzakirələr, eyni zamanda birliyin layihə çərçivəsində apadığı təhqiqat və sosioloji sorğuların nəticələrinə əsaslanaraq Azərbaycanda, xüsusilə də Bakı şəhərində, digər böyük şəhərlərdə "Məktəblilər mərkəzi”nin yaradılması və əhəmiyyətindən, eyni zamanda Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və yada məhdud olanlara) "məişət xidmətləri mərkəzləri"nin yaradılması və əhəmiyyətindən söhbət açılıb və bu barədə Gənclər və İdman Nazirliyinə, Gənclər Fonduna , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və əlaqədar təşkilatlara rəsmi təklif paketinin göndərilməsi barədə qərar qəbul olunub.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 339 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2018  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024