Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 28 » Məktəblilər mərkəzi”nin Azərbaycanda, xüsusilə Bakı şəhərində, digər böyük şəhərlərdə yaradılması və əhəmiyyəti
14:06
Məktəblilər mərkəzi”nin Azərbaycanda, xüsusilə Bakı şəhərində, digər böyük şəhərlərdə yaradılması və əhəmiyyəti
Məktəblilər mərkəzi”nin Azərbaycanda, xüsusilə Bakı şəhərində, digər böyük şəhərlərdə yaradılması və əhəmiyyəti
Hər bir şəxsin cəmiyyətin aktiv üzvünə çevrilməsi bütün zamanlarda olduğu kimi müasir dövrün də tələbidir. Cəmiyyətdə müxtəlif təbəqələrin sosiallaşması, ictimailəşməsi, bu baxımdan münasibətlər qrupunun yaradılması cəmiyyətin inkişafı üçün əsas şərtdir. Çoxdan sınaqdan keçirilmiş nəzəriyyələr və təcrübələr onu göstərir ki, cəmiyyətin ayrı-ayrı təbəqələrinin (yaş təbəqələri, sosial təbəqələr) olması və onların qarşılıqlı olaraq fəaliyyəti və birləşməsi təbii ki, xalqın və cəmiyyətin birliyinə, gücün birləşməsi ilə dövlətin inkafına səbəb olur. İnsanlar daha çox əqli və fiziki qabiliyyət (əmək qabiliyyəti) əldə etdikdən sonra sosiallaşma proseslərini yaşamağa başlayırlar və üzərlərində sosial məsuliyyət və öhdəliklər yaranır. İnsanların körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri olur. İnsanların cəmiyyətin sosial üzvünə çevrilməsi əsasən onun uşaqlıq dövründən başlayır ki, bu dövr də gələcək sosial həyat üçün təməl rolunu oynayır. Bu baxımdan ünsiyyətin formalaşmağa başladığı uşaqlıq, yeniyetməlik və gənclik illəri xüsusi əhəmiyyət kəsb edir və uşaqlıq illərində həyata baxışların, dünyagörüşünün formalaşmasının ilkin mərhələləri başlayır. Uşaqların sosiallaşma mərhələsinin ilkin üzvlərinə və cəmiyyətin ilkin təbəqlərinin aktiv üzvünə çevrilməsi onların gələcək həyatının stimulunu, istiqamətverici əlamətlərini formalaşdırır, bazasını yaradır. Həmçinin uşaqların ailə tərbiyəsi və ictimai tərbiyə onların həyatlarının başlıca formalaşdırıcı, istiqamətverici prinsiplərinə çevrilir. O da məlumdur ki, uşaqların daha da təkmil şəkildə formalaşması xalqın ümumi genefondunun davamlı olmasını zəruri edir. Uşaq baxçaları, məktəblər, məktəbdən sonrakı dairələrdə olan həyat, eləcə də ailə həyatları onların baxışlarının istiqamətlənməsinin əsaslarını təşkil edir. Uşaqlıq illərində insan həm cəmiyyətin (uşaq baxçaları, məktəbəqədərki hazırlıq kompleksləri, məktəblər vasitəsilə), həm də ailənin (valideynləri və yaxın qohumlarının tərbiyəsi ilə) sosial üzvlərinə çevrilməyə başlayır. Münasibətlərin ilkin mərhələləri əsasən məktəbəqədərki müəssisələrdə, məktəblərdə formalaşır. Məktəblər və digər müəssisələr başlıca olaraq uşaqların cəmiyyətə assosiasiya olunmasına kömək edir. Uşaqların həyatlarının sistemli olaraq təşkili onların gələcək baxışlarının əsaslarını təşkil edir. Uşaqların gələcək baxışları, onların cəmiyyətlərdə tutacaqları gələcək mövqelər, xidmətlər həm onların əldə etdikləri etik-estetik nümunələr, həm də yiyələndikləri dünyəvi biliklərlə formalaşır. Dünyəvi biliklər və tərbiyə üsulları onların dəyərli şəxsləri kimi cəmiyyətin ünsürləri üçün yetişməsinə kömək edir və əsas prinsiplərini özündə cəmləşdirir. Təhsil və ilkin tərbiyə müəssisələri uşaqların dünyagörüşlərini, əqli və şüuri qabiliyyətlərini möhkəmləndirməklə, inkişaf etdirməklə yanaşı, həm də onların psixi sağlamlıqlarının dayanıqlığına xidmət edir. İnsanlar uşaqlıq vaxtında əldə etdiklərini sonradan emal edərək cəmiyyətin özünə qaytarır. Burada belə bir fikri nəticə əldə edilir ki, cəmiyyətin inkişafı onun orta və ahıl yaş təbəqələrinin ilkin təbəqələrə verdikləri vasitələrin, dəyərlərin əhəmiyyətindən asılı olur. İnkişaf öz başlanğıcını ilkin mərhələlərdən götürür. Bu baxımdan hesab etmək olar ki, uşaqların faydalanması üçün yuxarı zümrələr, təbəqələr daima onların yetişmələri üçün lazımi tədbirləri görməli olmalıdırlar və proseslər dövrü və sistemli xarakter kəsb etməlidir. Uşaqların gələcəkdə cəmiyyətin aktiv və faydalı üzvlərinə çevrilməsi, cəmiyyətin inkişafı üçün lazımi töhfələri bəxş etməsi məsələsi müvafiq zamanın tələbidir. Onu da qəbul etmək lazımdır ki, insanlar lazımi enerjini təbiətdən götürürlər və öz aralarında mübadilə edirlər. Enerjinin, imkanların yuxarıdan aşağılara ötürülməsi sayəsində gələcək üçün enerji mənbələri yaradırlar. Bu qaydada cəmiyyət daima qidalanır. Uşaqların cəmiyyətin aktiv üzvlərinə çevrilməsi nəinki onların ailə üzvləri, eləcə də yaxın qohumları və dostları arasında, həmçinin ümumilikdə cəmiyyətdə eqosentrizmin, formalaşa biləcək yetkin təfəkkür və yumşaq xasiyyət gələcəkdə etnosentrizmin qarşısını ala bilir. Bir məsələni də xüsusi olaraq qeyd etmək olar ki, uşaqların bütünlükdə, birtərəfli qaydada ailəyə bağlanması və onun ifrat dərəcəsi şəxslərdə özünəqapanmanın yaranmasına səbəb olur, bu isə cəmiyyət üçün heç də layiqli şəxsin yetişməsinə zəmanət vermir. Əks təqdirdə, çoxistiqamətli ünsiyyət, münasibətlər qrupu içərisində yetişmə və uşaqların milli və dünya mədəniyyətləri ilə tanışlıqları onların həm öz ölkələrinin, həm də dünyanın vətəndaşı, dünyanın layiqli sakinləri olmaq anlayışlarını üzə çıxarır. Bu baxımdan hesab etmək olar ki, uşaqların və yeniyetmələrin assosiativ inkişafı daima cəmiyyətin tələbinə çevrilir. Uşaqların və yeniyetmələrin layiqli formalaşması həm ailələri, həm dövləti, həm də bütünlükdə xalqı narahat edir. Bu gün demək olar ki, uşaqların həyatdan zövq alma, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəyyən obyektlərin inkişafına tələbat vardır. Qəbul etmək lazımdır ki, Azərbaycanda uşaqların elmi biliklərini artırmaq üçün orta məktəblərin maddi-texniki bazaları daima gücləndirilməkdədir, hər il yeni məktəb binaları inşa edilir. Bu obyektlərlə yanaşı, qeyd etmək olar ki, uşaqların biliklərini artırmaq, onların dünyagörüşlərini inkişaf etdirmək üçün müxtəlif vəsaitlər, kitablar və digər nəşrlər vardır. Uşaq ədəbiyyatı formalaşıb, kiçik yaşlı uşaqlar və məktəblilər üçün teatr tamaşaları göstərilir (A.Şaiq adına Dövlət Kukla Teatrında, Gənc tamaşaçılar teatrında, Opera və Balet teatrında və s.), televiziyada müxtəlif əyləncəli proqramlar təşkil edilir və bilik yarışmaları keçirilir. Lakin bunu heç də qənaətbəxş hesab etmək olmaz. Uşaqların və yeniyetmələrin inkişafı üçün əlavə mərkəzlərə ehtiyac vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab etmək olar ki, Azərbaycanda, xüsusilə, əhalinin daha sıx toplaşdığı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə "Məktəblilər mərkəzi"nin yaradılmasına böyük ehtiyac vardır. Müvafiq komplekslərdə aşağıdakılar nəzərdə tutula bilər: -uşaq və yeniyetmələr üçün kitabxanalar (internetlə təchiz olunmuş); -idman və əyləncələr (idman və rəqs zalları); -məktəbdən sonra dərs hazırlamaq mərkəzləri; -xarici dil kursları; -teatrlar (məktəblilər teatrı); -kinoteatrlar (məktəblilər üçün çəkilmiş yerli və əcnəbi filmlərin tamaşası); -musiqi və rəqs dairələri, şahmat oyunları və s. Əhəmiyyəti: -uşaqların əqli və fiziki inkişaflarına kömək. Yeni nəslin psixi sağlamlığına kömək; -uşaqların cəmiyyətə fəal inteqrasiyaları; -uşaqların dünyagörüşlərinin artmasına kömək; -milli özünüdərk. Vətənpərvərliyin təbliği; -dövlət və dünya üçün layiqli vətəndaşın yetişməsi proseslərinə kömək; -gələcəkdə səmərəli kadrların hazırlanmasına kömək; -ailədə münasibətlərin gərginləşməsinin qarşısının alınması, ictimai tərbiyənin güclənməsi; -uşaqlarda azadlıq və sərbəstliyin inkişafı. Nitqin və düşüncənin sərbəstliyinə xidmət; -uşaq hüquqlarının genişlənməsinə kömək; -uşaqların cəmiyyətdə ayıq-sayıqlığına kömək; -uşaqların dərs hazırlamaq və yeni biliklər əldə etmək imkanlarının genişlənməsi (şərait və vəsait baxımından); -iş adamları üçün əlavə qazanc yerləri, yeni iş yerləri və s. Ümumiyyətlə, bu obyektləri əsasən Bakı şəhərinin ayrı-ayrı bölgələıri üzrə paylanmış şəkildə həyata keçirmək olar. Müvafiq kompleksləri biznes plan tərtib edərək iş adamları daha da səmərəli şəkildə təşkil edə bilərlər.

GVB SƏDRİ MÜQAMƏT SÜLEYMAN OĞLU ƏLİYEV
Baxışlar: 604 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024