Layihənin yekunu ilə bağlı mətbuat konfransı keçirilib - 2 December 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Dekabr » 2 » Layihənin yekunu ilə bağlı mətbuat konfransı keçirilib
11:16
Layihənin yekunu ilə bağlı mətbuat konfransı keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin  maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir Narkotiklərdən əl çəkək“ layihəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirib.
 
Tədbirdə Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.
 
qhtxeber.az-ın məlumatına görə, çıxış edən layihənin rəhbəri Muğan Əliyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir: “Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bu baxımdan GVB AIDS-QIÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin icrasını başa çatdırıb”. 
 
Qeyd edilib ki, layihə çərçivəsində idman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda (Abşeron Bakı,Gəncə  Lənkəran, Kürdəmir) və ümumtəhsil orta ixtisas məktəblərində narkomaniya və pis vərdişlər  əleyhinə maarifləndirmə - təbliğat xarakterli tədbirlər həyata keçirilib. Bir çox QHT və digər əlaqədar təşkilatlarla birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin AİDS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, həmçinin mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. 
 
Konfrans, təlim, Dəyirmi masalar və keçirilən idman tədbirlərində gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artıb, eyni zamanda narkotikə düçar olan gənclər idman bölmələrinə və ictimai işlərə cəlb edilib. Tədbirlərdə eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
 
Hamlet

 

http://qhtxeber.az/news/a-38731.html

Baxışlar: 693 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2014  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016