Layihə çərçivəsində təlim keçirilib - 22 October 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Oktyabr » 22 » Layihə çərçivəsində təlim keçirilib
08:54
Layihə çərçivəsində təlim keçirilib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində 283 saylı tam orta məktəbdə "Dövlətçiliyin təbliğində ümumtəhsil məktəblərində müəllim və gənclərin rolu və milli-mənəvi dəyərlər” mövzusnda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
qhtxeber.az-ın məlumatına görə, tədbir Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihənin rəhbəri, GVB-nin sədri Muğan Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin məqsəd və vəzifələrindən və bu layihədə çoxsaylı tələbə gənclərin faydalandğından, Bakı şəhəri və ətraf rayonlarda respondentlər arasında keçirilən sorğu anketindən danışıb: ""Ümumtəhsil məktəblərində dövlətçilik və dövlət rəmzlərimizlə bağlı aparılan təbliğatla razısınımı” sualına 30 faiz respondent "Təbliğata ehtiyac var” cavabını verib”.
283 saylı tam orta məktəbin direktoru Şükufə Axundova çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi vətənpərvərlik əqidəsinə və humanizm hissinə malikdir: "Gənclər arasında dövlət və dövlətçiliyimizin, dövlət rəmzlərimizin daim təbliğinə ehtiyac var. Bu dövlətdə gəncliyin öz yeri var. Dövlət Azərbaycan gəncinə etibar edir, taleyüklü məsələlərin həllində onun iştirakını təmin edir. Cənab İlham Əliyev gənclərin potensial gücünə, Azərbaycan dövlətinə bağlılığına böyük önəm verir”.
Tədbirdə cıxış edənlər ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində yeniyetmə və gənclərdə dövlət və dövlətçiliyimizi, dövlət rəmzlərinin təbliğ olunması istiqamətində işlərin aparılmasını xüsusi olaraq qeyd ediblər.

http://http://qhtxeber.az/news/a-27050.html
Baxışlar: 182 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2013  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016