Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Sentyabr » 3 » LƏNKƏRAN GƏNCLƏRİNarkomaniyaya yox-Sağlam həyata-HƏ deyir
14:30
LƏNKƏRAN GƏNCLƏRİNarkomaniyaya yox-Sağlam həyata-HƏ deyir
Narkomaniyaya yox-Sağlam həyata HƏ”


Gənc Vətənpərvərlər Birliyi ,Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyə dəstəyi ilə “Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclər arasında preventiv tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihə cərçivəsində Lənkəran şəhərində ’Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirildi
Tədbirdə Lənkəran rayon ictimaiyyət nümayəndələri ,QHT-n nümayəndələri iştirak ediblər.
Konfransı GVB-n Hüquq məsələləri üzrə sədrin müşaviri, Lənkəran rayon yerli şöbəsinin müdiri Seyran Səlimov tədbir iştirakcılarını salamladı və bu yönlü layihələrə dəstək verən Gənclər Fonduna və Gənc Vətənpərvərlər Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. S.Səlimov onuda qeyd etdi ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilmişdir.Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır .Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə şəhər Gənclər və İdman İdarəsi və əlaqədar təşkilatlarla birgə ümumtəhsil məktəblərdə,ictimai yerlərdə marifləndirmə işləri aparılır,ancaq bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımı proqram və layihələrin TV-də olmasını vacib sayırıq. Lənkəran rayon İctimaiyyət nümayəndəsi Tofiq Məmmədov qeyd etdi ki bu yönlü layihələrin Cənub bölgəsində Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və ictimai yerlərdə gənclər arasında insan alveri,narkomaniya və pis vərdişlərə qarşı marifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur Lənkəran şəhər polikilinkasının həkimi Ə.Həsənov qeyd edərək bildirdi ki, Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir,onların uşaqları fiziki və psixiki çatışmamazlıqları ilə dünyaya gəlir ,narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi qoruyaq. GVB-n Lənkəran şəhər yerli şöbəsinin müdir müavini ,Layihə üzrə təşkilat komitəsin üzvü N.Qafarova narkomaniyadan pis vərdişlərtdən və az yaşlı uşaqların siqaretə və spirtli ickilərə meyilərin artmasından və onların pis mühütə düşməsindən danışdı .N.Qafarova onuda xüsusi olaraq qeyd etdi ki, bu sahədə Lənkəran şəhər ictimaiyyəti fəal olmalı birlikdə narkomaniyaya,pis vərdişlərə ,siqaret ,ispirtli içkilərə qarşı olmalıyıq.
Tədbirdə Lənkəran rayon xəstəhanasının həkimi Əli Zeynalov,Bəhrus Əliyev,GVB-n üzvləri Kamran Rzayev,Emin Məmmədov ,Samir Əliyev,İctimayyət nümayəndələri Mehman Səlimov,Seymur Niyazov,Nazim Cəfərov,Zamin Şıxaliyev,Vürnas Məmmədov və başqaları çıxış edərək narkomaniyanın fasadlarından və milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasından söhbət acıblar və bu sahədə mübarizə aparmağı gənclərə tövsiyə ediblər. Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları və Ulu öndərin əksi olunmuş döş nişanı paylanıb



GVB-n Lənkəran yerli şöbəsi
Baxışlar: 444 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2014  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024