Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Mart » 9 » Kooperasiya Universitetində tələbələrlə görüş keçirilib
12:03
Kooperasiya Universitetində tələbələrlə görüş keçirilib
Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Kooperasiya Universtetində ”Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində "Dövlət rəmzlərinin təbliğində tələbələrin rolu” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan GVB Şöbə müdiri  Natiq Qaçayev  bildirib ki, bu günki gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi, idman və mədəni inkişafı ilə sıx əlaqədədir. Daha sonra həyata keçirilən bu layihənin məqsədi, mahiyyəti və vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən layihə üzrə təşkilat qrupunun üzvü, Kooperasiya Universtetinin tələbəsi, GVB  baş təlimatçısı Səfərli Elnaz bildirib ki, uşaq, yeniyetmə və gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlarımız haqqında marifləndirmə və təbliğat işlərinin aparılmasında tələbələrin üzərinə böyük məsuliyyət düşür və bu sahədə ali təhsil müəsssisələrində dövlət rəmzlərinin təbliği mütamadi olmalıdır. 
Layihə üzrə ekspert  qeyd etdi ki, belə layihələrin həyata keçirilməsi gənclər arasında vətənpərvərlik tərbiyəsini gücləndirir və onlarda tariximizə, milli atributlarımıza, milli dəyərlərimizə hörmət və ehtiramı artırır.
Tədbirdə Universtetin tələbələri, GVB Təşkilat komitəsi üzvləri iştirak ediblər.
Tədbirin sonunda tədbir iştirakcılarına rəngli buklet və braşuralar paylanıldı
Baxışlar: 677 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024