Kelbecerin işğalından 17 il ötür - 2 April 2010 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 2
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Aprel » 2 » Kelbecerin işğalından 17 il ötür
09:15
Kelbecerin işğalından 17 il ötür
İşğal neticesinde 53 340 nefer adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nefer esir götürülüb ve itkin düşüb.

Kelbecer rayonunun işğalından 17 il ötür. Kelbecer 1993-cü il aprel ayının 2-de Ermenistan silahlı qüvveleri terefinden işğal edilib. Dağlıq Qarabağ erazisinden kenarda yerleşen, 1936 kv.km erazisi, 58 min nefer ehalisi olan Kelbecer rayonunun Ermenistan terefinden işğalı neticesinde dinc ehaliye vehşicesine divan tutulub, yerli ehali min iller boyu yaşadığı ata-baba torpağından qovularaq didergin salınıb.
Kelbecerin işğalından sonra 3205 saylı iclasda BMT Tehlükesizlik Şurası 822 saylı Qetname qebul edib. Qetnamede bütün işğalçı qüvvelerin Kelbecer ve Azerbaycanın diger işğal olunmuş rayonlarından derhal çıxarılması teleb olunur. Lakin indiyedek hemin qetnameden ireli gelen her hansı öhdelik yerine yetirilmeyib.
Kelbecer rayonunun ehalisi Azerbaycan Respublikasının 56 rayon ve şeherinin 707 yaşayış menteqesinde qaçqınlıq şeraitinde yaşayır. Kelbecer rayonu erazisinde qalmış 13.000-dek ferdi menzil, 37.852 ha meşe sahesi indi de talan olmaqdadır. BMT-nin ve ATET-in prinsiplerine zidd olaraq 1999-cu ilden Kelbecer rayonu erazisinde ermenilerin meskunlaşdırılmasına başlanılıb.
Ermenistan Respublikasının münaqişede, o cümleden Kelbecer rayonunun işğalında iştirakı qeyri-hökumet teşkilatı olan "Human Rights Watch/Helsinki" "Azerbaycan. Dağlıq Qarabağda münaqişenin 7 ili" (Nyu-York, 994-cü il, seh. 67-73) mecmuesinde de tesdiq olunub. Bundan elave, 1998-ci ilde Ermenistanda keçirilen seçkiler zamanı seyyar sesverme qutuları Kelbecer rayonunda yerleşdirilen ermeni esgerlerinin sesini toplamaq üçün Ermenistan Respublikasının dövlet serhedinden keçirilib ki, bu da ATET-in Demokratik tesisatlar ve İnsan Haqları Bürosunun Ermenistanda 1998-ci il 16 ve 30 mart tarixlerinde keçirilen prezident seçkilerine dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz eksini tapıb.
Dağıdılmış medeni abideler
Kelbecer rayonunun Veng kendi erazisinde Alban mebedi, Çerekdar kendinde Alban kilsesi (Hesen Camal kilsesi), Qanlıkend erazisinde Lök qalası, Qaraçanlı kendine Uluxan qalası, Terter çayının Bulanıq çayı ile qovşağında yerleşen Alban kilsesi, Qalaboynu kendinde Qalaboynu qalası, Comerd kendinde Comerd qalası, Camışlı kendinde Keşikçi qalası, Kelbecer şeherinde mescid, Başlıbel kedinde mescid, Otaqlı kendinde mescid, Soyuqbulaq kendinde Terter çayı üzerindeki Tağlıdaş körpüsü, Kelbecer Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şemşir adına medeniyyet evi, Söyüdlü yaylağında Seyid Esedullanın ziyaretgahı işğal zonasında qalaraq, Ermenistan silahlı qüvveleri terefinden dağıdılıb.
İşğal zonasında ekoloji veziyyet
Azerbaycan Respublikası Ekologiya ve Tebii Servetler Nazirliyinin «İşğal olunmuş Azerbaycan erazilerinde etraf mühite ve tebii servetlere dağıdıcı tesiri müeyyenleşdiren (izleyen) operativ merkez»i işğaldan sonrakı dövrlerde rayon erazisinde müxtelif vasitelerle aparılmış videoçekilişlere baxış keçirerken, şahid ifadelerini dinleyerken tebii servetlerin Ermenistan Respublikasının vetendaşları terefinden qeddarlıqla dağıdılmasına dair aşağıdakı faktları aşkar edib:
-Bütün meşeler mehv edilerek yanacaq kimi istifade edilir.
-Kelbecer erazisindeki yüksek alp çemenlikleri tanınmaz hala salınır. Yağışlı günlerde ermeniler esas yoldan kenara çıxaraq ağır texnikanı çemenliklere sürür, mehsuldar otlaqları yararsız hala salaraq torpaqları erroziyaya uğradırlar.
-Kelbecer meşe teserrüfatı idaresinın inzibati binasının etrafında yerleşen parkdan, orada ekilmiş müxtelif növ dekorativ, relikt şam ağaclarından eser-elamet yoxdur. Binanın qarşısına iri diametrli ağaclardan kesilmiş oduncaqlar, qol-budaqlar tökülüb. Kesilmiş ağacların kötükleri aydın görünür.
-Kelbecerin Kendyeri adlanan erazisindeki benzindoldurma menteqesinin etrafındakı yaşıllıq mehv edilib, kesilmiş ağacların budaqları yol kenarına dağıdılıb. Çay kenarında olan beton zavodunun etrafındakı ağaclar ve kendlere geden şosse yolunun kenarında biten ağaclar da doğranaraq aparılıb. Tamamen dağıdılmış Qaykend kendinin yol kenarındakı ağacları mehv edilib.
-Rehimli kendinin yuxarı hissesindeki yükseklikde yeni televiziya qüllesi tikilib. Bu qülleye geden yol meşelerden keçir. Buraya yol açmaq üçün minlerle ağac kesilib.
İşğaldan evvel
Hele 1990-cı ilde, iyul ayının 11-de ermeni separatçıları terefinden «Terter Kelbecer» sernişin avtobusu partladılıb, dinc ehali olan maşın karvanına qarşı terror aksiyası heyata keçirilib ve neticede 14 nefer qetle yetirilib, 35 nefer yaralanıb.
1993-cü il aprel ayının 1-de Ermenistan silahlı birleşmelerinin Azerbaycanın Kelbecer rayonuna genişmiqyaslı hücumu zamanı Ermenistanın Vardenis rayonundakı qerargah radiostansiyasından («QSM-7») Kelbecer döyüş bölgesindeki baş radiostansiyaya («Uraqan») bölgedeki bütün seyyar radiostansiyalara çatdırmaq üçün tecili emr verilmişdi. Emrde esir ve girov götürülmüş Azerbaycan vetendaşlarını, o cümleden qocaları, qadınları ve uşaqları tecili mehv edib basdırmaq teleb olunurdu. Ermeniler azerbaycanlılar baresinde töretdikleri vehşiliklerin izlerini hemin vaxt döyüş bölgesine gelen beynelxalq nümayende heyetinden, o cümleden jurnalistlerden gizletmeye nail olmuşdular. Ermeni herbi birleşmeleri komandirlerinin efirdeki bu radiodanışığının metni Azerbaycan Respubilkasının Milli Tehlükesizlik Nazirliyinin radioekskeşfiyyat xidmeti terefinden lente alınıb.
1993-cü ilin qiymetlerine göre Kelbecerin xalq teserrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal neticesinde Kelbecerden 53.340 nefer adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nefer ise esir götürülüb ve itkin düşüb.
Baxışlar: 611 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Name *:
Email:
Code *:
Axtarış
Təqvim
«  Aprel 2010  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2014
Create a website for free