Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Fevral » 13 » İslam Oyunları ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək
11:32
İslam Oyunları ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək
İslam Oyunları ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək

AZADİNFORM. Gənc Vətənpərvərlər İctimai Birliyi (GVB) İdarə heyətinin iclası keçirilib.
GVİB-dən Azadinform-a verilən məlumata görə, birliyin sədri Muğan Süleyman oğlu iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
MNTK sədri R. Hacıyeva görülən işlər barəsində hesabat verib.
Sonra GVB sədri yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVİB sədri təklifi ilə Şəmkir rayon yerli şöbəsinə katib vəzifəsinə Həsənova Elnarə, Nuriyyə Musayeva təlimatçı vəzifələrinə təyin olunub. İslam Həmrəyliyi Oyunlarından danışan sədr M. Əliyev bildirib ki, ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.
Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir. O, dövlət başçısı İlham Əliyev Oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirib: “Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır. Keçiriləcək IV İslam Oyunlarında GVİB birliyin yerli şöbələri və üzvləri fəal olmalı yerlərdə keçiriləcək idman oyunlarında iştirak etmək üçün gənclər arasında maarifləndirmə işlərini gücləndirməlidir”.
İclasda cari məsələlər də müzakirə olunub və II rübdə görüləcək işlər, Ümummilli liderimiz Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiq olunub və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb.
Baxışlar: 409 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024