"Hec vaxt unutmarıq səni, Xocalı" - 25 February 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Fevral » 25 » "Hec vaxt unutmarıq səni, Xocalı"
14:57
"Hec vaxt unutmarıq səni, Xocalı"
"Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib . Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Səbail rayon 2 saylı texniki Humanitar Elmlər Liseyində "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. Birlikdən "Azadinform”a verilən məlumata görə, tədbir Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir.
Layihə rəhbəri, GVB-nin sədri M.Əliyev layihənin mahiyyətindən danışıb. M.Əliyev vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər.
Baxışlar: 183 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2016