Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Noyabr » 15 » GVİB V Respublika sərgisində iştirak edib
09:55
GVİB V Respublika sərgisində iştirak edib
GVİB V Respublika sərgisində iştirak edib


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.
V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmək üçün əlverişli şərait yaradılıb. Sərginin açılışına rəsmi şəxslər qatılıblar.
Sərgidə gənclər sektorunda aktiv fəaliyyət göstərən “Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) də öz stendi ilə iştirak edib.
Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli məclisin gənclər və idman komitəsinin sədri ,millət vəkili Ülvü Quliyev , gənclər və idman naziri Azad Rəhimov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digər qonaqlar “Gənc Vətənpərvərlər İctimai Birliyn stendi ilə tanışlıq zamanı təşkilatın gördüyü işlər, həyata keçirdiyi layihələr, tədbirlər, görüşlər, aksiyalarla bağlı birliyin sədri Müqamət Əliyevdən məlumat alıblar.
M.Əliyev onu da qeyd edərək bildirib ki, Gənclər və İdman Nazirliyinə,QHT Dövlət Dəstəyi Şurasına və Gənclər Fonduna təqdim etdiyimiz müxtəlif yönlü layihələr qrant müsabiqələrin qalibi olmuş və icra olunan lıayihələrdə çox saylı gənclər faydalanması ilə bağlı ətraflı məlumat verib. Onu da qeyd edək ki,sərgidə iştirak edən gənclər birlik tərəfindən keçirilən tədbirlər haqqında məlumatları olduğundan birliyə üzv oldular.
Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub.

GVB –n KİV üzrə şöbəsi
Baxışlar: 280 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024