Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » May » 4 » GVİB Şuranın dəstəyilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda tədbir keçirib
14:55
GVİB Şuranın dəstəyilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda tədbir keçirib
GVİB Şuranın dəstəyilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda tədbir keçirib

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində Səbayil rayon 2 saylı texniki humanitar elmlər liseyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan tarixi” və Genetik modifikasiya olunmuş məhsullar nədir? mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbir Azərbaycanın himni ilə başlanıb. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı filmə baxılıb. 2 saylı texniki humanitar elmlər liseyinin direktoru B.Mustafayev bildirib ki, Ulu Öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycançılıq nümunəsidir. Çalışdığımız hər hansı bir işdə nailiyyət əldə etmək istəyiriksə , Heydər Əliyev təşəbbüskarlığından, onun vətənpərvərliyindən öyrənməliyik
M. Əliyev layihənin məqsəd və vəzifələrindən danışdı .Sonra o, qeyd etdi ki, Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Tədbirdə çıxış edənlər , Azərbaycan Turizm və Menecment Universitetinin dekanı, biologiya üzrə elmlər namizədi Sevda Vəzirova ,Qida təhlükəsizliyi İctimai monitorinq qrupunun üzvü, “Sağlam qidalanma və Qida təhlükəsizliyi” üzrə ekspert Məhsəti Hüseynova , məktəbin 11-ci sinif şagirdi Aqil İdrizzadə, Nəsimi rayon 19 saylı tam orta məktəbin hərbi müəllimi, qarabağ qazisi İslam Əzimov, direktor müavini Nurana Şıxəliyeva, GVİB –n ali ,orta məktəblərlə iş şöbəsinin müdiri , 1 nömrəli uşaq evinin tərbiyə müəlliməsi Aidə Hüseyinova , AMEA –n Azərbaycan Tarix Müzeyinin nümayəndəsi Vüqar Xudaverdi ,rayon ictimaiyyət nümayəndəsi Sabir Əliyev və digərləri çıxış edərək bildiriblər ki, Ulu öndər Heydər Əliyevin XX əsrin tarixinin Azərbaycançılıq” ideologiyası sayəsində Azərbaycanda müstəqillik anlayışını gənclər arasında maarifləndirmə işlərini gücləndirməklə yanaşı xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, GMO ilə bağlı cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Qəzənfər oğlu Quliyev,Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham İsa oğlu Mədətov və digərləri gənc nəslin sağlam, vətənpərvər ruhunda yetişdirilməsində, idman siyasətində və fəal təşkilatçılıqlarına görə GVİB tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında maarifləndirici bukletlər paylanılıb.
Tədbir sinif otaqlarında davam etdirildi

GVB-n KİV üzrə şöbəsi
Tədbir 4__may 2018-cı ildə 2 saylı tehniki humanitar elmlər liseyində keçirilib
Baxışlar: 11 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2018