Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » May » 10 » GVİB Heydər Əliyevin 94 illik yubleyinə həsr olunmuş tədbir keçirib
10:51
GVİB Heydər Əliyevin 94 illik yubleyinə həsr olunmuş tədbir keçirib
GVİB Heydər Əliyevin 94 illik yubleyinə həsr olunmuş tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi , Azərbaycan Respublikası Gənclər və İdma Nazirliyinin maliyə dəstəyi ilə.” Fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində “Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar DIN-n Idman Cəmiyyətində “Heydər Əliyev ideyaları XXI əsrdə” və İdmanın inkişafı sağlam nəsil ,basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan vətən deməkdir” mövzusunda konfrans və Ciu-citsu karate üzrə yarış keçirib. Tədbir Azərbaycanın himni ilə başlandı, sonra Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş qısa metrajlı filmə baxılandan sonra HeydərƏliyevin ruhu bir dəqiqəlik skutla yad edildi. Tədbiri giriş sözü ilə açan Daxili Işlər Nazirliyinin Idman Cəmiyyətinin sədri polis polkovniki Z. Mefthaddinova qeyd edib ki, Azərbaycan böyük şəxsiyyətlər, müdrik insanlar, mahir sənatkarlar, yenilməz əyilməz sərkərdələr beşiyidir. Xalqımızın müdrik oğlu, tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir.
Layihənin kordinatoru Nuru Quliyev layihənin məqsəd və vəzifələrindən geniş ətraflı söhbət acdı
GVİB sədri Müqamət Əliyev qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir. "Batrak” sözü də "batırmaq” sözündən gəlir deyən M.Əliyev onuda bildirib ki, 2010 cu uldən prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü kimi qeyd olunur. Respublika prezidentinin təşəbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır.

Tədbirdə cıxış edənlər ,fiziki təlim şöbəsinin rəisi İ.Siracov,məşqiçi M.Seidov, layihə üzrə ekspert T.Vəzirov və digərləri mövzu ilə bağlı geniş ətraflı çıxış edərək bildirdilərki, uşaq, yeniyetmə və gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və idman cəmiyyətlərində ,orta təhsil müəsssisələrində dövlət bayrağın müqədəsliyindən və dəyərləri haqqında daim aşılanması işlərin aparılması xususi olaraq qeyd olundu.
Tədbirdə ictimayətinin nümayəndələri ,birliyin üzvləri və QHT-n nümayəndələri iştirak edirdilər.
Tədbirin sonunda bir qrup fəal gənclərə rəngli bukletlər,bayraq və Ulu öndərin əksi olunmuş döş nişanı paylandı.
Konfrans başa çatdıqdan sonra idman bölmələrində mövzu ilə bağlı diskusiya və"Vətən uğrunda mübarizəyə hazır ol” devizi altında yüngül atletika üzrə orta məsafəli qaçış və karate üzrə yarışa start verilib.

GVB-nin Mətubat və informasiya şöbəsi
Baxışlar: 24 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2017  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2017