GVB məktəblilərlə görüş keçirib - 25 February 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Fevral » 25 » GVB məktəblilərlə görüş keçirib
16:40
GVB məktəblilərlə görüş keçirib

Gənc Vətənpərvərlər Birliyi Gənclər
və İdman Nazirliyinin dəstəyi
i
lə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki
hazırlıq vastəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Səbail rayon 2
saylı texniki hümanitar elmlər liseyində "Heç vaxt unutmarıq səni Xocalı”
mövzusunda elmi nəzəri praktik konfrans keçirib. 

Tədbiri giriş sözü ilə açan GVB-nin Humanitar və mədəniyyət şöbəsinin müdiri  N. Qaçayev qeyd edib ki, Xocalı faciəsinin XX əsrin ən
dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində
gənclər və yeniyetmələr arasında marifləndirmə işləri gücləndirilməlidir. O
bildirib ki, Azərbaycanda fəaliyyət
göstərən QHT-lər dünya ictimaiyyətinin, Beynaxalq Təşkilatların, insan
hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək
onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini
bildirmələrinə nail olmalıdırlar. 

Layihə rəhbəri, GVB-nin sədri M. Əliyev
çıxışında layihənin mahiyyətindən və layihə çərçivəsində çox saylı gənclərin məlumatlandırılmasından
söhbət açıb. M.Əliyev bildirib ki, Xocalı faciəsi unudulmamalı, yaddaşlarda
yaşamalıdır. 

Tədbirdə məktəbin direktoru B. Mustafayev,
GVB-nin fəxri üzvü,
ziyalı E. Süleymanov,
tarixşünas S. Əliyev çıxış
ediblər.

Tədbirdə Xocalı fəciəsi ilə bağlı şeirlər oxunub. Xocalı faciəsinə həsr olunmuş
inşa yazı müsabiqəsinin qalibləri fəxri diplom və mükafatlara layiq görülüblər.

Baxışlar: 275 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2016