Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Sentyabr » 23 » yknews.az saytı Bizdən yazır
12:02
yknews.az saytı Bizdən yazır
yknews.az saytı bizdən yazır
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Gənclər Fondun maliyə dəstəyi ilə "Vətən bizim and yerimiz”yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması adlı layihə çərcivəsində Nərimanov rayon "ŞUA”İdman sağlamlıq kompleksində, "Vətən bizim and yerimiz” şuarı altında dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev icra olunan layihənin mahiyyətindən söhbət açdı. Layihənin rəhbəri M.Əliyev ətraflı çıxış edərək bildirmişdir ki, son zamanlar yeniyetmə və gənclər arasında müxtəlif fikir ayrılığı mövcudur. Belə ki, hərbi vətənpərvərlik hisslərinin demək olar ki,lazımı səviyyədə deyildir. Açıq demək lazımdır ki, uşaqların əksəriyyəti oynamaq və əylənməyə üstünlük verir. Belə meyllər həm evdə həm də ictimayyətdə özünü burüzə verir. Ona görə ki.efir məkanımız vətənpərvərlik mövzularına çox az yer verir. Televiziya kanallarında ancaq şou proqramlar çox yer ayrılır ki, bu da yeniyetmələrin çalıb oynamağa meylinin artmasına gətirib çıxarır. Efir bir ailədir yəni primitiv verlişlərin yerinə milli qəhrəmanlarımızın sücayyətlərindən danışsalar və filimlər göstərsələr yeniyetmə və gənclərdə vətənpərvərlik hissləri artar deyən M.Əliyev layihələrin qiymətləndirilməsinə görə Gənclər Fonduna GVB-n adından öz təşəkkürünü bildirdi. Tədbirdə həmçinin "Azərbaycan Milli karate fedrasiyasının vitse-prezidenti, GVB-n fəxri üzvü Zülfüqar Kazımov 283 saylı tam orta məktəbin müəlliməsi Ş.Quliyeva, polis təqaütçüsü, Qarabağ veteranı S.Əliyev, ekspert hüquqşunas T.Pirverdiyev, VKC üzrə Azərbaycan karate fedrasiyasının təmsilçisi A.Əkbərov və Nərimanov rayon ictimayətinin nümayəndəsi İ.Əliyev, E.Cabbarov və başqaları çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyindən söz açıb sonra layihə rəhbəri M.Əliyev qeyd etdi ki, hərbi vətənpərvərliklə bağlı müvafiq dərnəklərin açılması vacibdir.Tədbir İdman bölmələrində diskusiyalarla davam etdirildi və yerlərdə vətənpərvərlik sahəsində marifləndirmə işlərinin aparılması vətənpərvərlik mövzusuna uyğun bukletlər.braşuralar çap olunub paylanması tövsiyə olundu və qeyd olundu ki, bu yönüllü tədbirlər rayon bölgələrində qaçqın və məcburi köckün şəhərciklərində davam etdirilməsi məsləhət görüldü. Tədbirin sonunda Nərimanov rayon ictimayyətinin bir qrub üzvlərinə, idmançılara, iştirakcılara və qonaqlara rəngli bukletlə, ümümmilli lider Heydər Əliyevin döş nişanı paylandı. Tədbirdə QHT-lərin, KİV-lərin, İdman fedrasiyaların, İdman cəmiyyətlərin, Ümumtəhsil məktəblərin nümayəndələri, birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri könüllülər iştirak edirdilər.
http://www.yknews.az/haber.asp?id=6700
Baxışlar: 519 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024