Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » İyul » 29 » GVB 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək
16:30
GVB 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək
Gənc Vətənpərvərlər Birliyi II rübün yekunu ilə bağlı tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbirdə İdarə Heyətinin üzvləri, birliyin humanitar, səhiyyə, beynəlxalq, fiziki, hüquq və təşkilati məsələlər üzrə sədrin müşavirləri, regional şöbələri, fəxri üzvlər ,üzv olan təşkilatların nümayəndələri iştirak ediblər.
Birliyin sədri Müqamət Əliyev tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra, gündəlikdə duran məsələləri və 2013–ci ilin birinci yarsının hesabat dövründə gördüyü işlər barədə qısa məlumat verib.
Sonra çıxış edən Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədri R. Hacıyeva 2013 –cü ilin birinci yarsının hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun maliyə dəstəyi ilə icra olunan layihələrin qiymətləndirilməsindən, keçirilən semnarlar, konfranslar və idman yarışlarından danışıb.
Daha sonra tədbirdə İdarə Heyətinin üzvü A. Sarıyev, layihə üzrə koordinator N. Quliyev, təşkilatı məsələlər üzrə birliyin sədr müavini A. Əsədov çıxış edərək region şöbələrində işlərin yüksək səviyyədə qurulması üçün əlaqəli təşkilatlarla işləmələrini vacibliyindən, yerli şöbələrin fəaliyyətindən, onların kecirdiyi tədbirlərdən və layihələrdə fəal iştirakından, eyni zamanda layihə çərçivəsində rayon Gənclər və İdman İdarələri ilə birgə müxtəliv yönlü tədbirlərin həyata keçirilməsindən danışıblar.
Birliyin İdarə Heyəti 2013-cü ilin III və IV rüblərində görüləcək işlərin tədbirlər planı və qarşıdan gələn prezident seckilərində ölkə ərazisində müşahidəçi qismində iştirak edəcək şəxslərin siyahısının rəsmi məktubla Mərkəzi Seçki Komitəsinə göndərilməsini təsdiqləyib.
İclasın sonunda İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamcısı cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyini dəstəkləmək haqqında qərarı yekdilliklə qəbul edilib.

http://http://qhtxeber.az/news/a-24839.html
Baxışlar: 491 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024