Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Sentyabr » 7 » GVB VƏTƏNPƏRVƏR GƏNCLƏRİ 26 sentyabr 2016-cı il tarixində KEÇİRİLƏÇƏK ÜMUMXALQ SƏSVERMƏDƏ FƏAL İŞTİRAK ETMƏYİ SƏSLƏYİR
08:49
GVB VƏTƏNPƏRVƏR GƏNCLƏRİ 26 sentyabr 2016-cı il tarixində KEÇİRİLƏÇƏK ÜMUMXALQ SƏSVERMƏDƏ FƏAL İŞTİRAK ETMƏYİ SƏSLƏYİR
Referendum anlayışı
Referendum" latın sözü olmaqla bildirilməsi zərurət daşıyan xəbər veriləsi fakt mənasını verir. Referendumun keçirilməsi şərtləri və üsulu müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Konstitusiyasında, həmçinin Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi sinonim anlayışlar kimi işlədilir.
Referendum xalq hakimiyyətinin bariz nümunəsidir. İlk referendumlar qədim Roma dövrünə təsadüf edir. Qərbi Avropada ilk referendumlar 14-15-ci yüzilliklərdən başlayır. Azərbaycanda ilk referendum 1921-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilmiş və öz konstitusion həllini 1937-ci il Azərbaycan SSR Konstitusiyasında tapmışdır. Konstitusiyanın 155-ci maddəsinə görə Əsas Qanunun "Hakimiyyətin mənbəyi", "Xalq suverenliyi", "Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi", "Azərbaycan dövləti", "Azərbaycan dövlətinin başçısı" və "Dövlət dili" adlı maddələri üzrə dəyişikliklər və ya onların ləğvi haqqında təklif edilməsi təşəbbüsü məhdudlaşdırılır. Həmçinin Konstitusiyanın III fəslində 24-71-ci maddələrdə əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
Referendum təyin etmək hüququ Konstitusiyanın 95-ci maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisə mənsubdur. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan vətəndaşı ölkə başçısına və ya Milli Məclisə referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Referendum keçirilməzdən əvvəl müvafiq subyektlər bu haqda qərar qəbul edir. Həmin qərarda referendumun keçirilmə tarixi, referenduma çıxarılan aktın adı, referenduma çıxarılan aktın məzmununun qısa təfsiri, referendumun maliyyələşdirilməsi qaydası göstərilir. Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş qərar və referendumun yekunları haqqında rəsmi elan referendumda qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 20 gün keçənədək MSK tərəfindən dərc edilir. Referendumda qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Həmin akt Azərbaycanın bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Referendum üzrə səsvermə bülletenləri Seçki Məcəlləsinin 99-cu maddəsində göstərilən qaydada hazırlanır və bülletendə referenduma çıxarılan hər məsələnin ifadəsi və səsvermənin cavabının variantları - "lehinə" və "əleyhinə" (hə və ya yox), "razıyam" və "razı deyiləm" (sözləri də ola bilər) sözləri yazılır.
Baxışlar: 431 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2016  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024