Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Sentyabr » 23 » Layihə çərçivəsində Dəyirmi masa keçirilib
15:59
Layihə çərçivəsində Dəyirmi masa keçirilib
qhtxeber.az
Gənc Vətənpərvərlər Birliyi (GVB) "Vətən bizim and yerimiz: yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihə çərcivəsində Nərimanov rayonundakı "ŞUA” İdman sağlamlıq kompleksində "Vətən bizim and yerimiz” adlı dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev icra olunan layihənin mahiyyətindən söhbət açıb.
qhtxeber.az-ın məlumatına görə, layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirib ki, son zamanlar yeniyetmə və gənclər arasında müxtəlif fikir ayrılığı mövcuddur. Belə ki, hərbi vətənpərvərlik hissləri demək olar ki, lazımı səviyyədə deyil: "Açıq demək lazımdır ki, uşaqların əksəriyyəti oynamağa və əylənməyə üstünlük verir. Belə meyllər həm evdə, həm də ictimaiyyətdə özünü büruzə verir. Bunun da səbəbi odur ki, efir məkanımız vətənpərvərlik mövzularına çox az yer verir. Televiziya kanallarında ancaq şou proqramlara çox yer ayrılır ki,bu da yeniyetmələrin çalıb oynamağa meylinin artmasına gətirib çıxarır. Ev bir ailədir. Yəni primitiv verlişlərin yerinə milli qəhrəmanlarımızın sücaətlərindən danışsalar və filmlər göstərsələr yeniyetmə və gənclərdə vətənpərvərlik hissləri artar”.
Tədbirdə həmçinin Azərbaycan Milli karate fedrasiyasının vitse-prezidenti, GVB-nin fəxri üzvü Zülfüqar Kazımov, 283 saylı tam orta məktəbin müəlliməsi Ş.Quliyeva, polis təqaüdçüsü, Qarabağ veteranı S. Əliyev, ekspert hüquqşünas T. Pirverdiyev, VKC üzrə Azərbaycan karate federasiyasının təmsilcisi A. Əkbərov və Nərimanov rayon ictimaiyyətinin nümayəndələrii İ. Əliyev, E. Cabbarov və başqaları çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyindən söz acıblar.
Tədbir idman bölmələrində diskussiyalarla davam etdirilib və yerlərdə vətənpərvərlik sahəsində maarifləndirmə işlərinin aparılması, vətənpərvərlik mövzusuna uyğun bukletlər, broşuraların çap olunub paylanması tövsiyə olunub və bu yönümdə tədbirlərin bölgələrdə, qaçqın və məcburi köçkün şəhərciklərində davam etdirilməsi məqsədə uyğun hesab edilib.
Sonda tədbir iştirakçılarına rəngli bukletlər ,Ümümmilli lider Heydər Əliyevin döş nişanı paylanıb.
Tədbirdə QHT-lərin, KİV-lərin, İdman federasiyası və cəmiyyətlərinin nümayəndələri, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.
http://qhtxeber.az/news/a-26278.html
Baxışlar: 496 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024