GVB şöbə müdiri Natiq Qaçayevin "Xalq Qəzeti"-nə müsahibəsi - 25 October 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Oktyabr » 25 » GVB şöbə müdiri Natiq Qaçayevin "Xalq Qəzeti"-nə müsahibəsi
22:24
GVB şöbə müdiri Natiq Qaçayevin "Xalq Qəzeti"-nə müsahibəsi
9 oktyabr seçkisi Azərbaycan xalqının iradəsini, ölkə gənclərinin isə siyasi qətiyyətini ortaya qoydu
Bu fikirləri 17 saylı Yasamal üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində bir müşahidəçidən eşitdim. Orada prezidentliyə namizədliyi irəli sürülmüş bütün namizədlərin müşahidəçiləri var idi. Ancaq mən həmin məntəqədə heç bir namizədin təmsilçisi olmayan müşahidəçilərlə də görüşdüm.

Onlardan biri də Mərkəzi Seçki Komissiyasında respublikadakı bütün seçki dairələri üzrə müşahidə aparmaq statusu ilə qeydə alınmış bitərəf müşahidəçi, Gənc Vətənpərvərlər Birliyinin şöbə müdiri Natiq Qaçayev idi. Həmsöhbətim qeyd etdi ki, saat 14-ə qədər Nizami, Nəsimi Qaradağ və Yasamal rayonlarındakı seçki dairələrinin 20-yə qədər məntəqəsində müşahidələr aparmışıq. Vəziyyət xalqın arzuladığı şəkildədir. Yəni xalq hər adamın sərbəst olaraq öz istədiyi namizədə səs verməsini istəyir. Bu, tamamilə təbii haldır. Çünki Konstitusiya ilə hər kəsin seçmək və seçilmək hüququ vardır. Müşahidə apardığımız məntəqələrdə şahidi olduq ki, insanların bu hüquqları yüksək səviyyədə təmin olunub. Seçicilərdən eşitdiyimiz fikirlər isə ondan ibarət idi ki, prezidentliyə namizədlərin bu qədər çox olması öz-özlüyündə insanların həqiqi seçim edə bilmək imkanını artırır.

Natiq müəllim qeyd etdi ki, seçkinin gedişi dostlarımız və bədxahlarımız üçün iki həqiqəti ortaya qoyur. Birinci həqiqət seçicilərin fəallığı ilə bağlıdır.Yəni insanlar mütləq səs vermək istəyirlər və öz istədikləri namizədin qələbəsi üçün mütəşəkkillik nümayiş etdirirlər. Deməli, günün sonunda xalqın iradəsi, istəyi, arzusu ortaya çıxacaq. İkinci həqiqət isə gənclərin qətiyyəti ilə bağlıdır. Gənc Vətənpərvərlər Birliyinin Humanitar və mədəniyyət siyasəti şöbəsində çalışdığım beş ilə yaxın müddətdə Azərbaycan gəncliyinin sosial- mədəni arzu və istəklərini kifayət qədər öyrənə bilmişəm. Bu seçkidə isə Azərbaycan gəncliyinin siyasi qətiyyəti tamamilə üzə çıxır və onların ölkənin sabahına münasibəti müəyyən oldu. Gənclərin seçkidəki fəallığını və mütəşəkkilliyini bizimlə bərabər müxtəlif dairələrdə müşahidə missiyasını yerinə yetirən əcnəbi mütəxəssislər də səmimiyyətlə etiraf edirdilər. Bu, çox mühüm amildir. Azərbaycan gəncləri bu gün sözün həqiqi mənasında əsl vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər.

Elçin ABBASOV,

"Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.
Xalq Qəzeti
Baxışlar: 4957 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2013  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016