Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Mart » 17 » GVB Novruz bayramı münasibəti ilə tədbir keçirib
14:08
GVB Novruz bayramı münasibəti ilə tədbir keçirib
GVB Novruz bayramı münasibəti ilə tədbir keçirib

17 mart tarixində Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə " Fiziki hazırlıq vastəsi ilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində “Novruz bayramı birlik və qardaşlıq bayramıdır” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.
layihə üzrə təşkilat komitəsinin üzvü M. Qasımov bildirdi ki,Layihə başlama müddəti 15 mart tarixindən 15 iyun 2017-ci il tarixə kimidir.
Layihə 3 ay müddətində layihənin bir necə mərhələdə icra olunması nəzədə tutulur . layihənin 1-ci mərhələsində Azərbaycan Respublikasının bayrağı ,gerbi,himni və digər atributlarını məktəblərdə uşaqların marağının artırılması, Fiziki hazırlıq vastəsilə tədris prosesində yeni metodların(fiziki-psixoloji) təbliği , Gənclr arasında vətənpərvərlik ruhunda təbliğat işinin gücləndirilməsi haqqında məlumat verdi.
GVB-nin sədri, fəxri bədən tərbiyyəsi və idman işçisi Müqamət Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur. M. Əliyev Novruz bayramının bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M. Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib.
Tədbirdə GVB sədrinin müşaviri A. Əsədov, Cü-Citsu karate-do Federasiyasının prezidenti, Birliyin İdarə Heyətinin üzvü Mirəli Seyidov, birliyin orta və ali məktəblərlə iş şöbəsinin müdir müavini A. Vəliyeva, Səhiyyə şöbəsinin müdiri G. İskəndərova, məşqçilər S. Səfərli, Ə. Məmmədli və digərləri çıxış edərək Novruz bayramı ilə bağlı fikirlərini bildiriblər. Tədbir “Vətəni hər an qorumağa hazır ol” devizi altında İdman Sağlamlıq Kompleksində karate üzrə daxili idman yarışının keçirilməsi ilə başa çatıb.

Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub.

GVB-nin Mətubat və informasiya şöbəsi
Baxışlar: 34 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2017