GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb - 21 June 2016 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyun » 21 » GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb
14:48
GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb
GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz”adlı layihə çərçivəsində BMM -ə 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Silahlı qüvvələrin yaradılması Azərbaycan Dövlət Müstəqilliyinin və Suverenliyinin təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirib. Tədbirdə GİN –n məsul işçiləri M. Nəsibov ,Həkim Ə. Abbasquliyev, ,AMEA –n elmi işçisi S.Zülfüqarova,GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər. İctimai Birliyin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Dövlətimizin təhlükəsizliyinin və ərazi bütövlüyümüzün tam təminatçısıdır: “Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşıb. Biz hər zaman GVB olaraq cənab Ali Baş Komandan nə vaxt əmr verərsə , ordumuzla birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq”. Tədbirdə 120 nəfər gənc iştirak edib. Onlara vətənpərvərlik ,milli-mənəvi dəyərlər haqqında eyni zamanda narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verilmiş və yaranan psixoloji və fiziki asılılıq aspektləri izah edilmişdir. Mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb. Layihədə iştirak edən GİN-n məsul işçisi M.Nəsibov dövlətin gənclərə qayğısından , maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətindən geniş məlumat vermişdir.
Sonra çıxış edən ictimaiət nümayəndələri ,Ziyalılar və QHT –n təmsilçiləri bu yönlü layihələrin keçirilməsini vacib saydılar, Gənclər Fonduna və Gənc Vətənpərvərlər Birliyinin işlərində yeni- yeni uğurlar dilədilər.
Tədbirin sonunda Sumqayıt şəhər “TEYD”İdman Sağlamlıq Kompleksində idman bölmələrində görüşlər keçirilmiş və karate-do üzrə yarışa start verilib. Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVB-n fəxri diplomu ilə təltif olunmuşlar .


GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 57 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2016  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016