Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Sentyabr » 3 » GVB-n Sədri M.Əliyev Bakı şəhəri və ətraf rayonlarında toy və yas mərasimlərində israfçılıqla bağlı öz münasibətini bildirdi .
11:29
GVB-n Sədri M.Əliyev Bakı şəhəri və ətraf rayonlarında toy və yas mərasimlərində israfçılıqla bağlı öz münasibətini bildirdi .
Gənc Vətənpərvərlər Birliyin sədri ,Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Bakı şəhəri və ətraf rayonlarında toy və yas mərasimlərində israfçılıqla bağlı öz münasibətini bildirdi .
“Mən də Bakı şəhəri və ətraf rayonlarında yas mərasimlərində israfçılığa qarşıyam, illərdir bu haqda birlik sədri olaraq KİV –I ilə fikrimi bildirirəm. Onu qeyd etmək istəyirəm ki,Yas məclislərində ehsan süfrələri ilə bağlı hakimiyyətin müdaxiləsi də ilk öncə Naxçıvanda sınaqdan çıxarıldı - hətta Vasif Talıbov kimi müstəbid də bu addımlarına görə təqdir qazandı. İndi onun Azərbaycan boyunca tətbiqi də eyni reaksiya doğurub.“Yas mərasimləri ilə bağlı Azərbaycanın Milli adət-ənənələrimizi ,yas mərasimlərin məhdudlaşdırılması ilk təməl daşını Naxcıvanda çox hörmətli Vasif müəllim tərəfindən qoyulmasını və bu adət ənənəni Bakı şəhər və ətraf rayonlarında tədbiq olunmasını təbliğat və marifləndirtmə işlərinin aparılmasını KİV yazıları ilə dəstəkləyən GVB-yi olmuşdur. Bu sahədə Azərbaycanda fəaliyyət göstərən QHT və Gənclər təşkilatlarını milli-mənəvi dəyərlərimizi ,Milli adət ənələrimizi təbliğ etməyi günün ən actual məsələlərdən biridir. Çünki yaxınını itirən şəxs belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda fikirləşir. Yaslarımız israfçılıq məkanına çevrilib ki, bu dinimizə də ziddir. Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini dəstəkləyirəm”. .M.Əliyev, həmçinin əlavə edib ki, bununla paralel olaraq digər israfçılıq mənbəyinə çevrilən toylarımıza da dövlət tərəfindən əncam çəkməyin vaxtıdır: “Təəssüf ki, yaslarımız kimi toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr bahalı menyular sifariş etsəydilər, bəlkə də problem olmazdı. Deyərdik ki, özləri bilər, pulları çoxdur, nə istəyirlər onu da sifariş edə bilərlər. Halbuki, həddən artıq dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və tənzimləmə mexanizmi lazımdır ki, kasıb və orta təbəqə imkanlı şəxslərin girovuna çevrilməsin. İmkanlı şəxslər isə bu tənzimləmə mexanizmini əllərində rəhbər tutaraq kasıb və orta təbəqəni öz varidatları ilə qıcıqlandırmasınlar. Möhtərəm prezidentimiz İlham Əliyevin də siyasəti ona yönəlib ki, vətəndaşlar arasında ayrı-seçkilik olmasın, təvazökarlıq ön planda tutulsun”. Onun fikrincə, şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində qalır: “Adətən razılaşma belə olur ki, toy sahibi mərasim bitdikdən sonra məslicdə yığılan pulu şadlıq sarayının rəhbərliyinə çatdırmalıdır. Bəzən elə hallar olur ki, ev sahibi toyda gərəkən miqdarda pul toplaya bilmir və banklara üz tutur.Toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 70 faizindən istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi bilinmir. Toya gedirsən, musiqinin səsindən oturmaq olmur insane psixoloji təsir göstərir , danışmaqda olmur səs küydən. Ona görə də düşünürəm ki, toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş “yaxşı deyil” deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir. Statusumu möhtərəm prezident İlham Əliyevin çıxışlarının birində dediyi fikirlə qekunlaşdırmaq istəyirəm: “İnsanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışır

Müqamət Əliyev
SƏDRİ Azərbaycan fəxri bədən tərbiyəsi
və idman işci
Baxışlar: 417 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2014  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024