Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Dekabr » 17 » GVB-n İdarə heyətinin iclası keçirilib
10:31
GVB-n İdarə heyətinin iclası keçirilib
V rübün yekunu ilə bağlı Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə heyətinin iclası keçirilib.
 
İclası giriş sözü ilə açan Birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
 
MNTK sədri R. Hacıyeva IV rübdə görülən işlər barəsində hesabat verib. Sonra GVB sədri M. Əliyev GVB-nin15 illiyi münasibəti ilə üzvləri təbrik edib və bu illər ərzində Birliyin regional şöbələrinin  yaradılaraq təşkilatlanmasından, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə müxtəlif yönümlü layihələrin uğurla həyata keçirilməsindən söhbət açıb. Bildirib ki, layihə müddətində gənclər arasında milli hərbi vətənpərvərlik , insan alveri, narkomaniya, zərərli vərdişlərdən qorunma üsullarının tətbiqi, milli-mənəvi dəyərlər, sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işləri uğurla aparılıb, eyni zamanda müxtəlif idman yarışları, könüllü sosioloji sorğular icra planına uyğun olaraq keçirilib. 
 
Sədr onu da əlavə edib ki, sözügedən layihədən çoxsaylı gənclər faydalanıb və narkomaniyaya düçar olan gənclər müxtəlif idman bölmələrinə cəlb edilib.
 
Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. Birliyin Qərb bölgəsi üzrə təşkilat sədrinin müşaviri N. Ələsgərova, Q. Ağalarova Birlikdə üzv qalmaq şərtilə başqa işə keçdiyinə görə tutduğu vəzifədən azad ediliblər.
 
İclasda cari məsələlər də müzakirə olunub və 2015-ci ildə görüləcək işlər, tədbirlər planı təsdiq edilib. Bakıda 1-ci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar İdarə Heyətinin qərarı ilə təbliğat və maarifləndirmə işləri üzrə təşkilat komitəsi yaradılıb. 
 
İclasın sonunda Azərbaycanda milli mətbuatın və vətəndaş cəmiyyətinin inkişafında göstərdikləri xidmətlərə görə qhtxeber.az, Azadinform İnformasiya Agentliyi və digərləri Fəxri Fərmanla təltif edilib.
 
Hamlet
Baxışlar: 927 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2014  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024