GVB 9 oktyabr 2013 - Prezident Seçkilərində iştirak edəcək müşahidəçilər üçün seminar keçirib - 7 October 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Oktyabr » 7 » GVB 9 oktyabr 2013 - Prezident Seçkilərində iştirak edəcək müşahidəçilər üçün seminar keçirib
16:30
GVB 9 oktyabr 2013 - Prezident Seçkilərində iştirak edəcək müşahidəçilər üçün seminar keçirib
Gənc Vətənpərvərlər Birliyi  9 oktyabr 2013 cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərində MSK-da qeydiyyatdan keçmiş müşahidəçilərin təlimatlandırılması ilə bağlı seminar keçirib. Çıxış edən GVB-in sədri Muğan Əliyev Seçki Məcəlləsində olan əsas anlayışlardan, müşahidəçilərin hüquqlarından, onların vəzifələrindən geniş söhbət açıb. Bildirib ki, müşahidəçilər seçki məntəqəsinə gələcəkləri barədə məntəqə seçki komissiyalarını qabaqcadan xəbərdar etmələri tələb olunmur. "Seçki günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komisiyasının katibi tərəfindən aparılır" deyən Əlıiyev onu da qeyd edib ki, müşahidəçilərin səlahiyyəti müddəti onun qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün bitir. Müşahidəçilərin səlahiyyətlərinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda və qaydada da xitam verillə bilər. M. Əliyev vurğulayıb ki,  müşahidəçi aşkar etdiyi faktları müəyyən olunmuş qaydada və müvafiq akt tərtib etməklə rəsmiləşdirilməlidir: -Müşahidəçi imkan daxilində həmin faktları rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir.  -Müşahidəçilər müşahidələrinin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komisiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında pratokola əlavə edilməlidir. Sonda Əliyev onu da qeyd edib ki, yerli müşahidəçilər beynəlxalq müşahidəçilərlə eyni hüquqlara malikdir və eyni vəzifələri yerinə yetirirlər. 
Daha sonra çıxış edən  Z. Kazımov, N.Qaçayev, A. Əsədov, N. Qafarov, S. Arzumanova, S. Əsədov, T. Əsədov, Ş. Quliyeva və digər müşahidəçilər müşahidənin aparılması prinsiplərindən, qadağalardan və seçki məcəlləsində olan bəzi anlayışlardan söhbət açıblar. Seminar diskusiya şəkilində davam etdirildi.
GVB mətbubat və informasiya şöbəsi
Baxışlar: 214 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2013  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016