GVB “Heyder Eliyev ve Azerbaycan gencliyi” mövzusunda elmi-praktik konfrans keçirib - 8 May 2011 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 0
Qonaqlar: 0
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » May » 8 » GVB “Heyder Eliyev ve Azerbaycan gencliyi” mövzusunda elmi-praktik konfrans keçirib
11:06
GVB “Heyder Eliyev ve Azerbaycan gencliyi” mövzusunda elmi-praktik konfrans keçirib

Genc Vetenperverler Birliyi terefinden Gencler ve İdman Nazirliyinin maliyye desteyi ile “Genclerin Vetenperverlik ruhunda terbiye olunması üçün psixoloji-fizioloji rolun artırılması istiqametinde kompleks tedbirlerin heyata keçirilmesi” adlı layihe çerçivesinde ulu önder Heyder Eliyevin anadan olmasının 88-ci ildönümüne hesr olunmuş “Heyder Eliyev ve Azerbaycan gencliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda cıxış eden layihenin koordinatoru N.Quliyev layihe barede tedbir iştirakcılarına melumat verib. Tedbirde GVB sedri Muğan Eliyev ümummilli lider Heyder Eliyevin milli dövletçilik ideyalarının tebliği istiqametindeki xidmetlerinden geniş söhbet açıb. O qeyd edib ki, milletin menevi deyerlerinin daimi yaşaması, qorunması, unudulmaması yolunda fedakarcasına çalışmaq çox çetin olsa da, ulu önder bütün fealiyyeti boyu bu missiyanı şerefle yerine yetirib: “Sovet quruluşunun ağır tezyiqleri ve dikteleri altında çalışdığı illerde bele Heyder Eliyev milli-menevi deyerlerin hifs edilmesi namine çox gerekli addımlar atdı. Azerbaycanın dünyada tanınmasında, nüfuzunun artmasında ulu önderin misilsiz xidmetleri var. 1993-cü ilde xalqın tekidli telebi ile ikinci defe hakimiyyete gelen ulu önderimiz ölkedeki xaosu aradan qaldırdı ve ehali arasındakı perakendeliye son qoydu. Onun gelişinden sonra ölkede sabitlik berpa olundu, nizami ordumuz yarandı, ateşkes elde edildi.
“Esrin Neft müqavilesi” imzalandı. Yeni yaradılan dövlet qurumları arasında Gencler ve İdman Nazirliyi de oldu. Ulu önderin serencamı ile 1997-ci ilden fevral ayı gencler günü kimi qeyd edilmeye başlandı”.
Sonra GVB sedri bildirib ki, ulu önderimiz Heyder Eliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Eliyevin apardığı çoxsaylı islahatlar hamını olduğu kimi, gencleri de sevindirir.
Tedbirde cıxış eden DİN-in İdman Cemiyyetinin şöbe reisi polkovnik-leytenat İlyas Siracov bildirib ki, bu yönümlü layihelerin heyata keçirilmesi vacibdir: “Burada aparılan diskusiya, verilen müxtelif suallar yeniyetme ve genclerin vetenperverlik ruhunda maariflendirilmesine böyük destek olduğunu sübut etdi”.
Gencler ve İdman Nazirliyin mesul işcisi Ramil Memmedov, DİN-nin emekdaşı İlham Mustafayev, Cüdo üzre meşqiçi Ürfet Memmedov, Elcin Xudaverdiyev, meşqiçiler M.Seyidov, karate do federasiyaların temsilçileri R.Eliyev, H.Eliyev, GVB-nin şöbe müdirleri N.Qaçayev, İ.Eliyev, müşavir A.Esedov, Ş.Azeri, genc idmançılar ve başqaları Heyder Eliyevin yaradıcılığından , ideologiyasından, dövlet gencler siyasetinden söz açıblar.
Konfrans başa catdıqdan sonra ulu önder Heyder Eliyevin doğum gününe hesr olunmuş “Qelebe namine” devizi altında yüngül atletika üzre uzaq, orta mesafeli qaçışlara start verilib.
Tedbirin sonunda DİN-in İdman Cemiyyetinin şöbe reisi polkovnik-leytenat İlyas Siracov, Cüdo üzre meşqiçi Mais Memmedov, meşqiçi Ürfet Memmedov, Cüdo üzre gecler arasında Respublika çempionu, yığma komandanın üzvü Leyla İskenderli, Stent atıcılığı üzre Azerbaycan birinciliyin qalibi Eli Mustafayev ve Sevda Mustafayeva, Boks üzre Respublika cempionu Efsun Hesenov, Serbest güleş üzre Respublika cempionu Xalid Selimov, Gencler ve İdman Nazirliyinin şöbe müdiri F.Babayev, Birliyin şöbe müdirleri layihede iştirak eden feallara ve yarışın qaliblerine fexri diplomlar teqdim edibler.
Qeyd edek ki, tedbir iştirakçılarına bukletler, birliyin döş nişanları ve hediyeler paylanıb.
Baxışlar: 1955 | Əlavə etdi: GVB | Reytinq: 5.0/2
Bütün şərhlər: 0
Name *:
Email:
Code *:
Axtarış
Təqvim
«  May 2011  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2014
Create a website for free