Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » May » 6 » GVB Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş tədbir keçirib
19:20
GVB Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli–mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərçivəsində Sumqayıt şəhər İdman sağlamlıq kompleksində Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Kütləvi Bədən Tərbiyəsinin təbliği və narkomaniyanın ziyanlı nəticələri, H. Əliyev və müasir Azərbaycan tarixi ” mövzusunda elmi nəzəri praktik konfrans və VKV karate üzrə yarış keçirib.

Tədbirdə Abşeron Bakı şəhər üzrə idman ictimayyətin nümayəndələri, karate üzrə dünya çempionları, Şura katibliyinin məsləhətçisi M.Zahidov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin məsul işçisi M.Məmmədov, Azərbaycan Milli karate fedrasiyasının prezidenti Y.Bəşirov, Azərbaycan Beynəlxalq Mərkəzinin şöbə müdüri İ.Əlizadə, Karate fedrasiyasının baş katibi C.Seyidov, DİN-nin İC nümayəndəsi H.Məmmədov, Sumqayıt şəhər Bantitizm İdarəsinin əməkdaşı B.Əlixanov, Sumqayıt şəhər idman və Qarabağ veteranları və Sumqayıt şəhər QHT nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GVB-nin sədri M.Əliyev layihə çərçivəsində keçirilən tədbirlərdən və onun mahiyyətindən danışıb. M.Əliyev qeyd edib ki, Azərbaycan böyük şəxsiyyətlər, müdrik insanlar, mahir sənatkarlar, yenilməz əyilməz sərkərdələr beşiyidir. Xalqımızın müdrik oğlu, tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir.

Milli karate federasiyasının prezidenti Y.Bəşirov çıxışında bildirib ki, Heydər Əliyevin həyatının hər anı örnəkdir. Bu şəxsiyyətdə azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur.

İnsanı kamilliyə ucaldan bir çox keyfiyyətlər öz xarakterinə görə ümumbəşəri səciyyə daşıyır deyən Birliyin şöbə müdiri N.Qaçayev Ulu öndərin kəlamlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə Nərimanov rayon 82 saylı tam orta məktəbin direktoru Vaqif Mehtiyev, GVB-nin Lənkəran rayon yerli şöbəsinin müdiri Seyran Səlimov, Gəncə şəhər yerli şöbəsinin müdiri Elçin Axundov, Ülviyə Rasim qızı, gənclərdə vətənpərvərlik hisslərininin göcləndirilməsində və təşkilatçılıq fəaliyyətinə görə Fəxri fərmanla təltif olunublar.
Baxışlar: 804 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2013  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024