Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 6 » GVB Bayraq gününə həsr olunmuş elmi praktik konfrans keçirib
17:47
GVB Bayraq gününə həsr olunmuş elmi praktik konfrans keçirib
Dövlət Bayrağı gününə həsr olunmuş konfrans keçirib

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində (DİN İC) "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə cərçivəsində "Ey yüksələn yeni nəsil, gələcək sizindir. Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” mövzusunda Dövlət bayrağı gününə həsr olunmuş elmi- praktik konfrans və təlim keçirib.
Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, konfransı açan layihənin koordinatoru N. Quliyev layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib.
Sonra GVB sədri Müqamət Əliyev tədbirdə iştirak edənləri, qonaqları Dövlət Bayrağı günü münasibətilə təbrik edib. O, qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü qədim türk dilinə aid "batrak” sözünün deformasiya olunmuş formasıdır. M. Əliyev onu da bildirib ki, 2010- cu ildən prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. Respublika prezidentinin təşəbbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır və bu, misilsizdir, bizlər o bayraqdan qürur duymalı və onu daim qorumalıyıq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi S. Zülfüqarova çıxış edərək tarixi əsaslarla, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bayraq rəmzlərindən, atributlarından söhbət açıb. O, həmçinin Azərbaycanın üçrəngli, ay - ulduzlu səkkizguşəli bayrağının yaranması və qəbul edilməsi haqqında da məlumat verib.
DİN İC-in şöbə rəisi İ. Siracov dövlət rəmzlərini tanımağın vacibliyindən danışıb.

Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılara Ulu öndər Heydər Əliyevin əksi olan döş nişanı, təsvirli köynək, Azərbaycan Dövlət rəmzləri haqqında rəngli bukletlər, broşuralar paylanıb. Tədbir idman bölmələrində davam etdirilib.
Konfrans başa catdıqdan sonra "Vətən uğrunda mübarizəyə hazır ol” devizi altında yüngül atletika üzrə orta məsafəli qaçış və karate yarışlarına start verilib.

Hamlet
Baxışlar: 570 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024