GVB gəncləri mükafatlandırıb - 1 May 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » May » 1 » GVB gəncləri mükafatlandırıb
14:04
GVB gəncləri mükafatlandırıb
Gənc Vətənpərvərlər Birliyi ""Gənclər sağlam həyat tərzi seçir” "Narkotikə yox” devizi altında gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənclər sağlam həyat tərzi seçir” , "Narkotikə yox” devizi altında Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt regional şöbəsi ilə birgə Sumqayıt şəhər Paralimpiya İdman kompleksində karate üzrə yarış keçirilib.

Yarışı Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov açaraq yarış iştirakçılarını salamladı və onlara uğurlar diləyib.

Layihə rəhbəri M.Əliyev ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə onun səy və xidmətlərindən, fəaliyyəti dövründə idmançılara göstərdiyi qayğı və diqqətdən ətraflı danışaraq, bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətindən söhbət açıb.

Sumqayıt şəhər Banditizm və Terrorizm idarəsinin əməkdaşı Bəbir Alıxanov çıxış edərək qeyd edib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib. Bu sahədə narkomaniyadan və pis vərdişdən uzaq olmaq məqsədilə ali təhsil müəssisələrində, idman cəmiyyətlərində və ictimai yerlərdə maarifləndirmə işlərinin aparılmasını vacibdir.

Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin əməkdaşı Mayıl Məmmədov, DİN-nin İdman cəmiyyətinin əməkdaşı Həmid Məmmədov, Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor müavini Faiq Bayramov , Sumqayıt şəhər Cüdo üzrə baş məşqçi Zaur Rəcəbli, Sumqayıt şəhər Böyük Müharibə Veteranlar birliyinin nümayəndəsi, polis təqaüdçüsü Rövşən Allahverdiyev, VKF üzrə baş məşqçi Rafayıl Məmmədov, Milli Karate Federasiyasının Sumqayıt şəhər üzrə şöbənin sədri Akif Kərimov və digərləri layihənin vacibliyindən və gənclərin narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün onları idmanın bir növü ilə məşğul olmağı tövsiyə ediblər.

Yarışın sonunda Azərbaycan Gənclər Fondunun baş məsləhətçisi Lalə Rzayeva, Azərbaycan Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov, Milli Karate Federasiyasının Sumqayıt şəhər üzrə şöbənin sədri Akif Kərimov, Gənclər Fondunun aparıcı məsləhətçisi Şəfəq Bayramova və digərləri gənc nəslin sağlam, vətənpərvər ruhunda yetişdirilməsində, idman siyasətində və fəal təşkilatçılıqlarına görə GVB tərəfindən fəxri fərmanlarla təltif olunublar. Sonra yarış iştirakçılarına və yarış qaliblərinə mükafat, rəngli buklet, H.Əliyevin şəkli əks olunmuş döş nişanı və təsvirli maykalar paylanılıb.

Tədbirdə Sumqayıt şəhərinin idman ictimaiyyətinin nümayəndələri, İdman veteranları, Böyük Müharibə Veteranlarının nümayəndələri, Federasiya məşqçiləri və QHT nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Gənc Vətənpərvərlər Birliyinin bu layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Baxışlar: 189 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2013  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016